Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Arvadını intim video ilə şantaj edən, döyüb öldürən qazaxıstanlı nazir: Həkim əvəzinə falçıya zəng edib - FOTO

Tarix 13.04.24, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


Qazaxıstanda vətəndaş nikahında olduğu həyat yoldaşı Saltanat Nukenovanı qətlə yetirməkdə təqsirləndirilən keçmiş nazir Kuandıq Bişimbayevin məhkəmə prosesi davam edir.

Sosial şəbəkələrdə mərhumun ailəsinə dəstək məqsədilə “Saltanat üçün” adlı fleşmob keçirilir, respublikada məişət zorakılığını cinayət məsuliyyətinə cəlb edən qanun qəbul olunmaq üzrədir və məhkəmə prosesi ölkədə ilk dəfədir canlı yayımlanır.

“Forbes Woman” jurnalının redaktoru Koqerşın Saqieva hadisənin təfərrüatlarından bəhs edən yazı dərc edib. Yazıda milli adət-ənənələrin, o cümlədən “uyat” - “utanc mədəniyyəti”nin bu məsələdə hansı rol oynadığı izah edilir.

Belə ki, həyat yoldaşını xüsusi amansızlıqla döyərək qətlə yetirməkdə təqsirləndirilən keçmiş nazir cinayəti qəsdən törətmədiyini sübut edə biləcəyinə əmin olduğu üçün məhkəmə prosesinin açıq keçirilməsini istəyib. Eyni səbəbdən o, işinə andlılar məhkəməsi tərəfindən baxılmasını da xahiş edib.

Bununla da Bişimbayev cəmiyyətin mühafizəkar hissəsini öz tərəfinə keçirməyə ümid edir, çünki onlar üçün “uyat” anlayışı - əxlaq normalarına cavab verməyən şəxsin ictimai qınağı vacib əhəmiyyət kəsb edir. Qadına münasibətdə “uyat” hər hansı “uyğun olmayan davranışdır”, məsələn, qısa ətək geyinmək, ərinə qarşı gəlmək, yaşlı qohumlara boyun əyməmək, boşanmaq və hətta əcnəbi ilə ailə qurmaq.

Xatırladaq ki, hadisə 2023-cü il noyabrın 9-na keçən gecə Astanada yerləşən və Kuandıq Bişimbayevin sahibi olduğu “Bau” restoranında baş verib. Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri arvadı Saltanat Nukenovanı döyərək öldürüb. Elə həmin gün Bişimbayev həbs edilib və onu 15 ildən 20 ilədək həbs cəzası gözləyir. Əgər istintaq onun qətli xüsusi amansızlıqla törətdiyini sübut etsə, o, ömürlük həbs cəzasına məhkum ediləcək. Bişimbayev həmçinin işgəncə verməkdə də ittiham olunur. Keçmiş nazirin təqsirli və ya təqsirsizliyi ilə bağlı qərarı andlılar məhkəməsi heyəti verəcək.

Ölkədə tanınmış keçmiş məmurun müttəhimlər kürsüsündə əyləşməsi bu məhkəməyə marağı artırıb və prosesin unikallığı ondan ibarətdir ki, onun təqsirsiz olduğunun isbatlanmasına çalışılır. Əsasən hər kəs Saltanatın tərəfində olsa da, bəzi şərhçilər qadının “günahkar” olduğunu söyləyirlər.

Saltanat Nukenovanın ailəsi, xüsusən də qardaşı Aytbek Amangeldı heç nəyə baxmayaraq məhkəmədə əllərində olan sübutlarla mübarizə aparmağa davam edirlər. Adətən belə hallardan gizliləri açığa çıxarmamaq və ya mənəvi güc tükəndiyi üçün barışığa üstünlük verilir. Lakin Nukenovanın ailəsi təslim olmur və Qazaxıstanda illərdir məişət zorakılığına məruz qalmış qadınların müdafiəsi ilə məşğul olan tanınmış vəkil Janna Urazbaxovanı məsələyə cəlb edib.

Qətldə təqsirləndirilən Kuandıq Bişinbayevin hazırda 44 yaşı var. 2016-cı ilin may ayından dekabr ayına qədər milli iqtisadiyyat naziri olub, lakin korrupsiyada təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin il yarımdan sonra şərti azadlığa buraxılıb və bundan sonra hansısa dövlət vəzifələrini tutmayıb.

“Bişimbayev hüquq müdafiəçilərinin, fəalların və jurnalistlərin uzun illərdir mübarizə apardıqları bütün bəlaları təcəssüm etdirir. O, 10 il müddətinə həbs olunmalı idi, amma Nazarbayev tərəfindən əfv olundu. Bu da əsas səbəblərdən biridir, ona görə də indi bütün Qazaxıstan bu işi müzakirə edir”, - deyə “Forbes Woman”a media meneceri, “The Village Kazakhstan”, “Batyr Camal” və “Masa Media”nın baş direktoru Aisana Aşim bildirib.

1992-ci il mayın 15-də Pavlodarda anadan olan Saltanat Nukenova astrologiya ilə məşğul olub. O, natal xəritələr tərtib edib, proqnozlar verib və peşə seçimində insanlara kömək edib, “Instagram”da şəxsi bloqu olub. Məhz Saltanatın peşəsi Kuandıq Bişimbayevi diqqətini çəkib vvə onun qəbuluna yazılıb.  

Tanışlıqdan altı aydan da az müddət keçdikdən sonra, 2022-ci ilin dekabrında qanuni qeydiyyat olmadan toy edilib, iki dəfə dini nikah qıyılıb. O zaman Nukenova sosial şəbəkədəki şəxsi səhifəsində ərini tərifləyib və seçimindən peşman olmadığını deyib.

Lakin bir neçə ay sonra, 2023-cü ilin martında Saltanat qardaşı Aytbekə üzündə qançırların olduğu şəklini göndərib və şəkilləri saxlamağı, yazışmaları silməyi, heç bir tədbir görməməyi xahiş edib. Bacısının xahişinə baxmayaraq, Aytbek onu götürmək üçün Bişimbayevin mənzilinə gəlib. Bu zaman böyük qalmaqal yaranıb və bundan sonra Aytbek və Kuandıq ünsiyyəti kəsiblər, Saltanatın özü də qardaşı ilə əlaqəni azaldıb.
Saltanat üzərində zorakılığın sistematik şəkildə baş verdiyini digər şahidlər də təsdiqləyiblər.

Bişimbayevdən ayrılmağa çalışan qadın hətta qətl hadisəsindən bir neçə ay əvvəl hətta ayrıca mənzil də kirayələyib. Lakin Bişimbayev ondan ayrılacağına söz verərək qadını intim videolar çəkməyə məcbur edib və sonra da bununla onu şantaj edib. Bu səbəbdən Saltanat əri ilə tam olaraq ayrılmağa qorxub.

Nəticədə, məhz bu video Saltanatın Bişimbayevin “girovu” olmasına gətirib çıxarıb.

“Qazaxıstanda şərəf və ləyaqətə, qadınların reputasiyasının saflığına böyük diqqət yetirilir. Əgər o, intim videolarda görünsə, təzyiqə və qınamalara məruz qalacaqdı”, - deyə hüquq müdafiəçisi Moldir Alban qeyd edib.

Məhkəmədə keçmiş nazir inandırmağa çalışır ki, Nukenova özü yıxılıb, başını vurub və ölüb. İstintaq isə qadının aldığı zərbələrin yıxılma nəticəsində yaranmadığını iddia edir.

Arvadını bütün gecə boyu döyən Bişimbayev sonunda onu saçından tutaraq restoranın müşahidə kameraları olmayan VİP kabinəsinə aparıb. Orada nə baş verdiyi isə məlum deyil. Saltanat oradan sağ çıxmayıb.

Bişimbayev iddia edir ki, arvadının yatdığını düşünüb, ona görə onu oyatmayıb. Təcili tibbi yardıma zəng etmək əvəzinə isə falçı olan qadına zəng edib və Saltanatın sağ olub-olmadığını soruşub. Falçı olan qadın isə Saltanatın yatdığını və ayılacağını deyib.

“İqtisadiyyat naziri, prezidentin müşaviri falçıya zəng edir”, - deyə media meneceri Aysana Aşim vurğulayıb.

Ekspertizanın rəyinə görə, Saltanat Nukenovanın ölümü qapalı kəllə-beyin travması nəticəsində baş verib. Onun üzündə və bədənində çoxsaylı sıyrıqlar və qançırlar aşkar edilib, burnu sınıb. Məhkəmə-tibb eksperti Tahir Xəlimnazarov bildirib ki, mərhumun bədənində boğulmaya uyğun xəsarətlər aşkarlanıb. Bişimbayevin vəkilləri isə bunun köhnə hematoma olduğunu israr edirlər.

Təqsirləndirilən şəxs qəsdən adam öldürmə və işgəncə verilməsində günahını boynuna almır. “Şillənin ölümə səbəb ola biləcəyini düşünmürdüm. Ümumiyyətlə, bunun nəticəsində onun kəllə-beyin travması ala biləcəyi ağlıma belə gəlmirdi”, - deyə Bişimbayev bildirib.







Xəbərin oxunma sayı : 904




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap