“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Atambayevin qızından videomüraciət – “Atamı ona görə həbs ediblər ki…”

Tarix 09.08.19, 23:09

Font ölçüsü : - / +
bitmap-img6


Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin qızı Aliyə Şaqiyeva video-müraciət ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, eks-prezidentin qızı son zamanlar atasının həbsi ətrafında baş verən hadisələrdən danışıb və onları özbaşınalıq adlandırıb.

“Mən rəssamam. Heç vaxt siyasətlə işim olmayıb. Ancaq hazırkı hakimiyyətin özbaşınalığına, atamın qanunsuz və haqsız həbsinə artıq susa bilməzdim”, – deyə Şaqiyeva bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə bütün hüquqi normalar pozulur, müxalif telekanallar bağlanır, KİV vasitəsilə yalan informasiyalar ötürülür:

“Mən ailəmə, dinc əhaliyə görə narahatam. Kriminal avtoritet Batukayevin Qırğızıstandan çıxarılması kimi absurd fikirlər səsləndirilir. Əslində atamı müxalif fəaliyyətinə görə həbs etmək istəyirlər. Necə ki, onun tərəfdarlarını həbs etdilər. Misal üçün, Kuban Kulpatova və Sapar İsakov şahid ifadələrinin alınması üçün aparıldılar və təhqiqatsız həbs olundular. Atam tələb edirdi ki, istintaqla bağlı Konstitusiya Məhkəməsinin qərarı gözlənilsin. Artıq atam KİV-ə Batukayev haqqında bildiklərinin hamısını danışmışdı, istintaq tam məlumatları təqdim etməyə hazırlaşırdı. Atam deyirdi ki, nə qədər vəziyyət hüquqi müstəviyə keçməyib, Konstitusiya məhkəməsinin qərarı yoxdur, biz özümüzü müdafiə etmək hüququna sahibik. Eks-prezidentin evinə istənilən hücum avtomatik olaraq cinayət əməlidir və qanunsuz xarakter daşıyır”.

Xatırladaq ki, Atambayevin həbsi əməliyyatları zamanı 98 nəfər yaralanıb. Bir nəfər xüsusi təyinatlı isə dünyasını dəyişib. Atambayev korrupsiya və digər cinayətlərdə ittiham olunur. Onun ömürlük həbsi gözlənilir.






Xəbərin oxunma sayı : 415




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap