“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Aygün Kazımovadan yeni klip - Özü çəkilməyib

Tarix 19.08.25, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Heyranlarını hər zaman təəccübləndirməyi bacaran Xalq artisti Aygün Kazımova bu dəfə də ənənəsinə sadiq qalıb.

Axşam.az xəbər verir ki, Pop diva heç bir anons vermədən “Rəqs” adlı klub tərzindəki yeni mahnısını və ona hazırlatdırdığı klipi rəsmi yutub kanalında təqdim edib.

Ölkənin əsas ulduzu yeni ifasına fərqli ekran işi ilə həyat verib. Maraqlıdır ki, bu dəfə klipdə Aygün Kazımova özü yer almayıb. Klipdə Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva və kolumbiyalı model Luis Servantes çəkiliblər. 

Cütlük ekran işində cəsarətli səhnələri ilə diqqət çəkib. Əvvəlcə şəhərdə gəzintidə görünən “sevgililər”, klipin sonunda hamamda duşun altında ehtiraslı anlarla izləyicilərin qarşısına çıxıblar.

Mahnının söz və musiqisi Zamiq Əliyevə (YAP10) məxsusdur. Klipin rejissoru isə son illərdə Aygün Kazımovanın bütün ekran işlərinə imza atan Selim Akardır.

Mahnının iki aranjimançısı var. Mərakeşdə Ramoon, Gürcüstanda Aleko.





Xəbərin oxunma sayı : 2047




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap