“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycan-Macarıstan dostluq əlaqələri Avrasiya üçün çox böyük önəm daşıyır

Tarix 01.02.23, 14:26

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan - Macarıstan münasibətləri dostluğa, qardaşlığa, dövlətlərin və xalqların firavanlığına, inkişafına əsaslanır. Qarşılıqlı əməkdaşlıq bu gün də davam edir və hər iki ölkə əlaqələrin daha da möhkəmləndirilməsi üçün ciddi tədbirlər həyata keçirməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana rəsmi səfəri və səfər zamanı strateji tərəfdaşlığın dərinləşməsinə dair imzalanmış Birgə Bəyannamə bunun əyani nümunəsidir. Bu Azərbaycan - Macarıstan tərəfindən strateji tərəfdaşlığa dair imzalanmış ikinci çox əhəmiyyətli sənəddir və hər iki dövlətin milli maraqlarına uyğundur.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan qazının Macarıstana çatdırılması istiqamətində də əsaslı işlər görülmüşdür. Səfər zamanı dövlətimizin rəhbəri bildirmişdir ki, “vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq intekomektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, oradan sonra Ruminiyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır”.

Göründüyü kimi Macarıstan həm də Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən bir ölkə kimi fəaliyyət göstərəcək ki,  bu da iqtisadi baxımdan çox əhəmiyyətlidir. Azərbaycan yaşıl enerjisini Avropaya çatdırılmasında Macarıstanın imkanları böyükdür və bu istiqamətdə də vacib layihələr hazırlanmışdır. Azərbaycan enerji məsələləri ilə bərabər nəqliyyat, təhsil, mina təmizləmə sahəsində də Macarıstanla əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verir. Artıq dəmir yolu vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılmışdır. Bildirildiyi kimi təkcə keçən il tranzit yüklərinin həcmi 75 faiz artmışdır. 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə Macarıstanda oxuyur. Mina təmizləmə sahəsində Macarıstan təcrübəsindən istifadə edilir və gələcək əməkdaşlıq üçün yaxşı nümunələr vardır. Macar şirkətlərinin işğaldan azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti üçün zəmanət var və səfər zamanı bu məsələlər barədə ətraflı söhbətlər aparılmışdır. İmzalanmış Bəyannamələr, həyata keçirilən çox mühüm layihələr, qarşıya qoyulan yeni vəzifələr deməyə imkan verir ki, Azərbaycan - Macarıstan əlaqələri artıq strateji tərəfdaşlığa çevrilmişdir və hər iki dövlət bu tərəfdaşlıqdan ölkələrin inkişafı üçün faydalanacaqlar.

Rahib Fərzəliyev



Xəbərin oxunma sayı : 397




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap