“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycanda “SMS icazə“ sistemi bərpa edilə bilər - Açıqlama

Tarix 23.11.20, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi 22 noyabrda Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən kəskin artıb. Belə ki, 3169 nəfər koronavirusa yoluxub, 24 nəfər dünyasını dəyişib. Yoluxma dinamikası davam edərsə, bu həftə "sms icazə" sisteminə keçilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, həftə sonu sərtləşdirilmənin nəticəsi həftənin ilk günləri görülə bilər:

"Ancaq nəzərə alsaq ki, həftəiçi də dövlət və digər müssisələrdə işçi sayının 30 faizə endirilməsi tövsiyə edilib. Dövlət idarələri bu tövsiyəyə əməl edir. İnanıram ki, digərləri də buna riayət edir. Ən çox insanların toplaşdığı yerlər təhsil müəssisələri idi ki, artıq onlar da bağlıdır. Ancaq bütün yerləri bağlamaq və məhdudlaşdırmaq bir az çətindir. Ona görə də qaydalara əməl etmək lazımdır. Bilirsiniz ki, artıq açıq havada da maska taxmaq məcburidir. Eyni zamanda idarə və müəssisələr qoyulan qaydalara əməl etməlidir.

Bu məsələdə ictimai qınağın olması da vacibdir. Qaldı ki, "sms icazə" və 65 yaşdan yuxarı insanların çölə çıxmasına qadağa qoyulması məsələsinə, yoluxma artma dinamikası davam edərsə, yenidən buna gedilə bilər. İnsanlarımız yenidən bu sistemə keçilməməsi üçün qoyulan qaydalara əməl etməlidir. Əməl edilməsə, tədbiq edilən sərtləşmələr həm iqtisadi və sosial problemlərə yol açır".



Xəbərin oxunma sayı : 514




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap