“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda dollara tələbat kəskin azaldı – Son 3 ilin rəqəmləri

Tarix 25.01.23, 15:08

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar ayı ərzində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə 6 valyuta hərracı keçirilib və bu hərraclarda ümumilikdə 159,1 milyon dollar satılıb.

Yeniavaz.com-un açıqlanan rəsmi statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə azadır. Belə ki, ötən ilin yanvar ayında baş tutan ilk 6 hərracda ümumilikdə 642,7 milyon dollar satılıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə dollar satışı bu ilin yanvar ayında 3,2 dəfə az olub. Belə ki, 2021-ci ilin yanvar ayında baş tutan ilk 6 hərracda ümumilikdə 513,1 milyon dollar satılıb.
2021-ci, 2022-ci və 2023-cü illərin yanvar aylarında keçirilən ilk 6 hərracda satılan dolların məbləği aşağıdakı kimi olub:

2023-ci ildə:

5 yanvar – 52,7 milyon dollar
10 yanvar – 51,2 milyon dollar
12 yanvar – 35 milyon dollar
17 yanvar – 18,7 milyon dollar
19  yanvar – 1,5 milyon dollar
24 yanvar – 0

2022-ci ildə:

6 yanvar – 114,1 milyon dollar
11 yanvar – 113,1 milyon dollar
13 yanvar – 96,9 milyon dollar
18 yanvar – 116,4 milyon dollar
21 yanvar – 99,7 milyon dollar
25 yanvar – 102,5 milyon dollar

2021-ci ildə:

5 yanvar – 66,4 milyon dollar
7 yanvar – 70,6 milyon dollar
12 yanvar – 142,2 milyon dollar
14 yanvar – 100,1 milyon dollar
19 yanvar – 66,4 milyon dollar
21 yanvar – 67,4 milyon dollar



Xəbərin oxunma sayı : 541




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap