“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir? - Açıqlama

Tarix 26.05.24, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


"Turizm haqqında” qanuna görə, ölkə ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir.

Bunun üçün müəyyən meyarlar nəzərdə tutulub.

Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova jurnalistlərə açıqlamasında 200-ə yaxın hotelin təsnifatdan keçirilərək ulduz dərəcəsi aldığını deyib. Qurum nümayəndəsi 40-a yaxın hotelin təsnifatdan keçə bilmədiyi və nöqsanları aradan qaldırmaq üçün vaxt verildiyini qeyd edib.

Bəzi ölkələrdə hotelin xidmət səviyyəsi fərqli simvollarla göstərilir. Böyük Britaniyada hotellərdə xidməti taclarla, Hindistanda ballarla qiymətləndirilir.  Bizdə isə ulduzun sayı hotelin xidmət səviyyəsinin göstəricisidir. Bəzən isə hotelin ulduzlarının göstərilən xidmət və keyfiyyətlə uyğunlaşmadığını deyirlər.

Ümumiyyətlə, hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib ki, burada 300-ə yaxın meyar var:

"Təsnifatlaşdırma məsələsi Azərbaycan Hotellər Assosiasiyasına həvalə olunub. Orada bir komissiya yaradılır və hotellərə baxış keçirilir. Orada 300-ə yaxın meyar var, yataqların, çarşafların təmizliyi, otaqların genişliyi, otelin özünün mövcud şəraiti, personal, hotellərdəki imkanlar nəzərə alınır. Ulduza görə kriteriyaların uyğunluğuna baxılır. Binanın özünə görə ayrı, xidmətə görə ayrı qiymətləndirmə var. Ümumi olaraq bir qiymətləndirmə çıxarılır. Hotelə rəy barədə məlumat verilir. Bu nöqsanlar aradan qaldırılarsa, təkrar baxış keçirilə bilər. Proses bu şəkildə həyata keçirilir”.

Ekspert bildirib ki, ulduz dərəcələrinin verilməsi prosesi sürətli aparılır:

"Azərbaycanda 750-ə yaxın hotel var və bu prosesi tezləşdirmək istəyirlər. Meyarlar kifayət qədər sərtdir, komissiyanın işi çətindir. "Turizm haqqında” yeni qanuna əsasən hotellər hamısı təsnifatlandırmadan keçməlidir. Sağlam rəqabət mühitinin qorunması üçün yaxşı bir addımdır”.



Xəbərin oxunma sayı : 730




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap