“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycanda məşğul və işsiz əhalinin sayı açıqlandı - FOTO

Tarix 20.01.21, 15:20

Font ölçüsü : - / +
bitmap-img6


2021-ci il yanvarın 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin, yəni məşğul və işsiz əhalinin ümumi sayı 5 milyon 252,5 min nəfər olub.

Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən il iqtisadi fəal əhalinin sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb.

İqtisadi fəal əhalinin 4 milyon 876,6 min nəfərini məşğul əhali, yəni qanunvericiliyə zidd olmayan və qazanc gətirən hər hansı fəaliyyətlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları və ya ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər, həmçinin əcnəbilər təşkil edib ki, onların sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz azalıb.

Əlavə olaraq bildirilib ki, 2020-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 684,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 917,8 min nəfər, qeyri-dövlət sektorunda isə 766,7 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 650,6 min nəfər çalışıb.

2020-ci ilin yanvar-noyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 139 saat təşkil edib.






Xəbərin oxunma sayı : 502




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap