Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanda polis meşədə əməliyyat keçirdi: Narkotacir saxlanıldı

Tarix 07.09.19, 17:57

Font ölçüsü : - / +
bitmap-img6


Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik  tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının  həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası, satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalınçaq kənd sakini  26 yaşlı Vüqar Fətəliyev saxlanılıb. 

Onun ətrafında davam etdirlən tədbirlərlə V. Fətəliyevin Qalınçaq kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu aydın olub. 

Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 1527 ədəd çətənə kolu, ümumi çəkisi 20 kq-a yaxın olan çətənə bitkisinin hissələri, eləcə də həmin narkotik tərkibli bitkilərdən yığaraq əldə etdiyi 2 kq 800 qr qurudulmamış və 3 kq-dan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

V. Fətəliyev ifadəsində narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. 

Faktla bağlı V.Fətəliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə İsmayıllı RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.



Xəbərin oxunma sayı : 256




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap