“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycanlı xanım Estoniyanın məşhur siyasi partiyasının lideri seçildi

Tarix 24.04.17, 4:44

Font ölçüsü : - / +
bitmap-img6


Bu yaxınlarda ” Estoniya Yaşılları ” partiyasının qurultayı olub.

Virtualaz.org Estoniya portalı rus.err.ee-yə istinadən bildirir ki, qurultayda azərbaycanlı Züleyxa İsmayılova bu siyasi gücün yeni lideri seçilib. “Mən partiyanın sədri vəzifəsinə tək namizəd deyildim. Əvvəlki lider Aleksander Laane də öz namizədliyini irəli sürmüşdü. İndi Laane sədr müavini oldu, Andrey Qudim də sədr müavini olaraq qaldı”, – deyə əvvəllər partiyanın sədr müavini vəzifəsini tutmuş Z.İsmayılova sayta müsahibəsində bildirib.
İdarə Heyətinə, həmçinin Timur Saqitov, Kyulliki Reymaa, Olev – Andres Tinn, Marko Kaazik, Kaspar Kurvaya və Yoonas Laks daxil olublar. Z.İsmayılovanın sözlərinə görə, “Yaşıllar” Tallinə, necə deyərlər, öz siyahısı ilə çıxmaq niyyətindədir. Başqa özünüidarə orqanlarında, bu partiyanın üzvləri, ehtimal ki, seçki ittifaqlarının siyahıları üzrə namizəd olacaqlar.
“Mən Tallində bir nömrə olacağammı? Hələ dəqiq deyə bilmərəm. Yerli seçkilərlə bağlı bütün məsələləri biz oktyabrda- səlahiyyət verilmişlərin növbəti Şura iclasında həll edəcəyik. İndiki halda yaxın vaxtlarda hansısa məşhur şəxsiyyətlərin bizi gücləndirə biləcəyi barədə də heç nə deyə bilmərəm. Amma bizim öz siyahımızla paytaxta çıxacağımızla bağlı prinsipial qərar artıq qəbul edilib”, – deyə Z.İsmayılova əlavə edib.
Eko-aktivist, fotoqraf və jurnalist Z.İsmayılova “Yaşıllar”ın sırasına 2015-ci ilin martında daxil olub. 2005-dən 2012-ci ilə qədər onun tərkibi Sosial-demokrat partiyasının üzvlərindən ibarət idi. Z.İsmayılova 2016-cı ildə Anne&Stiil jurnalının versiyasına görə “İlin Qadını” olub. Z.İsmayılovanın sevimli mövzusu – zülal-uçar mışovulların müdafiəsidir.
Onu da qeyd edək ki, Z.İsmaylovoanın anası eston, atası isə azərbaycanlıdır. Sonda onu da vurğulayaq ki, bu partiya 2007-dən 2011-ci ilə qədər parlamentdə təmsil olunub.



Xəbərin oxunma sayı : 148




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap