Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Nəvəsini xilas etmək istədi, hər ikisi yanaraq öldü - VİDEO

Tarix 01.04.26, 21:25

Font ölçüsü : - / +
bitmap-img6


59 yaşlı baba, 2 yaşlı nəvəsi  yanaraq ölüb.

Yanğın hadisəsi səhər saatlarında Masallının  Qızılağac kəndində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə daxil olan məlumat əsasında dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Xezerxeber.az xəbər verir ki, yanğınsöndürənlərin   müdaxiləsi nəticəsində bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb və yaxınlıqdakı digər tikililər mühafizə olunub. Hadisə yerinə baxış zamanı 59 yaşlı Camaləddin Abdullayevin və onun 2 yaşlı nəvəsi Məhərrəm Məmmədzadənin meyitləri aşkar edilib.

Mərhumun yaxınlarının sözlərinə görə, yanğın qısaqapanma nəticəsində baş verib. Hadisə zamanı baba və nənə həyətdə işləyirmiş. Bu vaxt nənə evdən tüstü çıxdığını görüb və yoldaşı Cəmaləddin Abdullayevə uşağın evdə qaldığını deyib.

Qeyd edək ki, hadisə baş verən zaman uşağın anası işdə, azyaşlının bacısı isə məktəbdə olub. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





Xəbərin oxunma sayı : 142




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap