| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Bakıda daşınmaz əmlak yenidən bahalaşdı - Ən çox hansı rayonlarda?
Tarix 06.10.26, 11:36 |
|
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən Bakı şəhərinin daşınmaz əmlak bazarında aparılan araşdırmanın nəticələri açıqlanıb.
AzFakt.com xəbər verir ki, qiymətləndirməyə əsasən, 2026-cı ildə paytaxtda torpaq sahələri, yeni və köhnə tikili mənzillər, fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə qiymətlər artıb.
Araşdırma göstərir ki, Bakının daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri bütün rayonlarda və əmlak növlərində eyni səviyyədə olmayıb. Artımın tempi əmlakın növündən, yerləşdiyi rayondan, bazardakı tələb və təklifdən, ərazinin xüsusiyyətlərindən və alıcı davranışından asılı olaraq fərqlənib.
AQC qiymətləndirmə zamanı bazar qiymətlərinin təhlili, əvvəlki dövrlərlə müqayisələr, rayonlar üzrə qiymət fərqləri, bazar iştirakçılarının və ekspertlərin rəyləri, sorğu nəticələri, eləcə də tələb-təklif dinamikasını nəzərə alıb. Rayonlar üzrə göstəricilərin hesablanmasında ərazilərin bazardakı çəkisi və əhali amili də nəzərə alınıb.
Torpaq bazarında ən yüksək artım Səbaildə qeydə alınıb
AQC-nin hesablamalarına görə, 2026-cı ildə Bakı şəhərində torpaq sahələrinin qiyməti orta hesabla 17,0% artıb. Rayonlar üzrə ən yüksək artım Səbaildə qeydə alınıb – 28,6%. Yasamalda qiymətlər 25,6%, Nəsimidə 23,1%, Nizamidə isə 21,1% yüksəlib. Xəzər rayonunda artım 19,1%, Nərimanovda 18,6%, Xətaidə 15,6% təşkil edib. Nisbətən aşağı artım Binəqədidə (14,1%), Sabunçuda (11,6%), Suraxanıda (10,6%), Pirallahıda (8,1%) və Qaradağda (7,6%) müşahidə olunub.

Köhnə tikililərdə qiymət artımı 10,6% olub
Köhnə tikili mənzillər üzrə Bakı şəhərində orta illik qiymət artımı 10,6% səviyyəsində müəyyənləşib. Bu seqmentdə ən yüksək artım Səbail rayonunda – 20,1%, Yasamalda – 19,5%, Nəsimidə – 15,6%, Nərimanovda isə 13,7% olub. Xətai rayonunda köhnə tikili mənzillərin qiyməti 12,4%, Suraxanıda 11,6%, Sabunçuda isə 10,9% artıb. Qaradağda artım 5,2%, Pirallahıda 5,1%, Xəzərdə 6,2%, Binəqədidə isə 6,8% təşkil edib.

Yeni tikililərdə artım 14,3%-ə çatıb
Yeni tikili mənzillər üzrə Bakı şəhərində orta qiymət artımı 14,3% təşkil edib. Ən yüksək göstərici Səbail rayonunda qeydə alınıb – 22,0%. Yasamalda artım 20,6%, Xətaidə 19,0% olub. Nəsimi və Nərimanov rayonlarında qiymətlər 17,8%, Nizamidə 16,4%, Binəqədidə isə 15,0% artıb. Digər rayonlarda artım daha aşağı olub. Belə ki, Suraxanıda 9,8%, Sabunçuda 10,0%, Pirallahıda 7,5%, Xəzərdə 6,1%, Qaradağda isə 5,0% artım qeydə alınıb. AQC-nin qiymətləndirməsinə əsasən, yeni tikili mənzillərdə qiymət artımına yeni layihələrin yerləşməsi, tikinti keyfiyyəti, infrastruktura çıxış, nəqliyyat əlçatanlığı və yaşayış komplekslərinin imkanları ilə yanaşı, müasir mənzillərə olan tələbat da təsir göstərir.

Fərdi yaşayış evləri də bahalaşıb
Fərdi yaşayış evləri üzrə Bakı şəhərində orta illik qiymət artımı 13,5% olub.
Bu seqmentdə də ən yüksək göstərici Səbail rayonunda qeydə alınıb – 24,3%.
Nizamidə artım 17,1%, Nərimanovda 16,9%, Xəzərdə 16,6%, Nəsimidə 14,3%, Sabunçuda isə 13,9% təşkil edib.
Binəqədidə fərdi yaşayış evlərinin qiyməti 12,8%, Suraxanıda 11,5%, Yasamalda 10,6%, Xətaidə 9,8% artıb.
Qaradağda artım 7,1%, Pirallahıda isə 8,1% səviyyəsində olub.

Qeyri-yaşayış obyektlərində Səbail öndədir
Qeyri-yaşayış obyektləri üzrə Bakı şəhərində orta illik qiymət artımı 13,0% təşkil edib.
Ən yüksək artım Səbail rayonunda qeydə alınıb – 27,0%.
Nəsimi və Nərimanov rayonlarında qeyri-yaşayış obyektlərinin qiyməti 24,3%, Xətaidə 17,0%, Yasamalda 12,6%, Nizamidə isə 12,4% artıb.
Xəzərdə artım 10,9%, Binəqədidə 10,7%, Suraxanıda 9,0%, Sabunçuda 7,3% olub.
Qaradağda qiymətlər 5,6%, Pirallahıda isə 3,0% yüksəlib.
AQC-yə görə, bu seqmentdə qiymətlərin formalaşmasında obyektin yerləşdiyi ərazi, piyada və avtomobil axını, kommersiya potensialı, ətraf ərazinin inkişaf səviyyəsi və biznes fəaliyyəti üçün əlverişli şərait əsas rol oynayır.

Avqust-sentyabr aylarında da artım davam edib
AQC-nin 2026-cı ilin avqust-sentyabr ayları üzrə aylıq qiymətləndirməsi də Bakı daşınmaz əmlak bazarında bahalaşmanın davam etdiyini göstərir.
Əmlak kateqoriyaları üzrə aylıq orta artım belə olub:
Torpaq sahələri – 1,8%
Yeni tikili mənzillər – 1,4%
Köhnə tikili mənzillər – 0,9%
Fərdi yaşayış evləri – 1,2%
Qeyri-yaşayış obyektləri – 1,5%
Bütün əsas əmlak kateqoriyaları üzrə Bakı şəhərində aylıq orta qiymət artımı 1,36% təşkil edib.
Ən yüksək aylıq artım torpaq sahələrində qeydə alınıb. AQC bunu əsasən torpaq təklifinin məhdud olması və müəyyən ərazilərdə torpağa tələbin daha yüksək olması ilə əlaqələndirir.
Köhnə tikili mənzillərdə 0,9%-lik artım isə bu seqmentdə qiymətlərin digər əmlak kateqoriyaları ilə müqayisədə daha sabit dəyişdiyini göstərir.

Bakı bazarında artımın tempi rayonlara görə dəyişir
AQC-nin araşdırması göstərir ki, Bakı daşınmaz əmlak bazarında vahid qiymət artımı modeli formalaşmayıb. Eyni şəhər daxilində ayrı-ayrı rayonlarda və əmlak seqmentlərində əhəmiyyətli fərqlər mövcuddur. 2026-cı il üzrə orta göstəricilərə əsasən, ən yüksək artım torpaq sahələrində – 17,0% olub. Sonrakı yerlərdə yeni tikili mənzillər – 14,3%, fərdi yaşayış evləri – 13,5%, qeyri-yaşayış obyektləri – 13,0% və köhnə tikili mənzillər – 10,6% qərarlaşıb.
Rayonlar üzrə nəticələrdə Səbail, Yasamal, Nəsimi və Nərimanov bir sıra əmlak kateqoriyalarında daha yüksək artım göstəriciləri ilə seçilir. Digər tərəfdən, bəzi rayonlarda qiymət artımı daha aşağı səviyyədə qalıb.

AQC: Orta göstəricidən daha çox konkret lokasiyaya baxmaq lazımdır
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin qənaətinə görə, 2026-cı ildə Bakı daşınmaz əmlak bazarında əsas tendensiyalardan biri qiymət artımının davam etməsi ilə yanaşı, rayonlar və əmlak növləri arasındakı fərqlərin daha aydın görünməsidir.
Bu baxımdan daşınmaz əmlakın qiymətləndirilməsi zamanı yalnız Bakı üzrə orta göstəricilərin nəzərə alınması kifayət etmir. Əmlakın növü, yerləşdiyi rayon və konkret lokasiya, infrastruktur, nəqliyyat əlçatanlığı, ərazinin inkişaf perspektivi, tələb-təklif nisbəti və bazarın konkret seqmenti birlikdə qiymətləndirilməlidir.
Xəbərin oxunma sayı : 1132
Sosial
Xəbərlər
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Beyləqanda Zəfər Günü qeyd edildi - FOTOLAR
-
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
-
Şuşanın azad olunmasından 6 il ötür
-
Bu gün Azərbaycanda Zəfər Günüdür
-
Küləkli hava ilə bağlı gəmilərə - Xəbərdarlıq
-
“Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb“ - Simonyan
-
DTX-dan Zəfər Günü ilə bağlı - Videoçarx
-
“Trampın təklifi təhlükəli ola bilər“ - Zelenski
-
Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli həbs edildi
-
Bu gün general olan hərbçilər kimlərdir? - FOTOLAR
-
Prezident Ağdamda zeytun ağacı əkdi - FOTOLAR
-
Ərdoğan Əliyevi təbrik etdi - “Sarsılmaz dostluq və qardaşlıq tellərimiz...
-
Metronun iş rejimi dəyişdirilir - 4 günlük
-
DİN Zəfər Günü ilə bağlı videoçarx yaydı - Video
-
Prezident onlara ali hərbi rütbələr verdi - Adlar
-
Sevdiyi qıza görə cinayət törədən məktəbliyə - Bu cəza verildi
-
Mübahisə bıçaqlanma ilə bitdi: Hər ikisi xəstəxanalıq oldu
-
Prezident Ağdam rayonunda açılışlarda iştirak etdi - FOTOLAR
-
Azərbaycanda maşın almaq asanlaşacaq - AÇIQLAMA
-
Mehdiyev Həbibbəyliyə də vəzifə verəcəkdi? - AMEA açıqlama yaydı
-
İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO
-
ABŞ-dan İrana qarşı şok addım -Nüvə proqramı üçün 20 milyon dollar
-
Prezident yeni binaların təməlqoyma mərasimlərində - FOTOLAR
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində – Fotolar
-
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açıldı - Fotolar
-
Seçki məğlubiyyəti Ağ Evi silkələdi: Tramp kadr dəyişikliklərinə hazırlaşır
-
XİN TRIPP-lə bağlı birgə bəyanatı açıqladı – Üç ölkə razılığa gəldi
-
Görmə məsafəsi məhdudlaşacaq – Sürücülərin nəzərinə!
-
Prezident Şuşa Peşə Təhsili Mərkəzinin açılışında - Fotolar
-
Tbilisi prospektində qaçan inək sürücülərə çətin anlar yaşatdı - Video
-
ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib - Tramp
-
Prezident postunu itirdi - Ev dustaqlığına alındı
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - VİDEO
-
Türkiyənin 34 vilayətində əməliyyat: 90 nəfər həbs olundu
-
Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
-
Biz cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq - Prezident
-
Xalq artistindən Təranə Qumralın qızına tərif: “Nəhayət!” - VİDEO
-
Azərbaycanlı turistlər hansı ölkədə nə qədər pul xərcləyiblər? - SİYAHI
-
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü - FOTOLAR
-
Vergi Məcəlləsinə yeni təklif - “İkinci əl” bazarına necə təsir edəcək?
-
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
-
ABŞ-ın təzyiqi Türkiyəni geri çəkilməyə məcbur etdi: Böyük layihə donduruldu
-
Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışı olub - Fotolar
-
Turizm sahəsində ən yaxşı ölkələr hansılardır? - 110 ölkənin siyahısı
-
Azərbaycanda nadir xəstəliklərin dərmanı tapılmır - Nazir müavini səbəbi açıqladı
TOP 10
ARXİV






