Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Bakıda hər gün döyülən gənc qadın bıçağı ərinin ürəyinə sapladı - Bir qətlin tarixçəsi

Tarix 28.01.17, 15:24

Font ölçüsü : - / +
bitmap-img6


“Bəzən əri onu elə döyürdü ki, görəndə məətəl qalırdıq. Üz-gözü şişmiş vəziyyətdə, qançır olurdu. Evləri xarabaya bənzəyirdi. Yağış yağanda içəri girmək mümkün deyildi, hər yer nəm olurdu, ətrafda siçanlar yuva salmışdı. Əri isə qazandığı pulu içkiyə, psixotrop maddələrə verirdi. Hamımızın o qadına yazığımız gəlirdi”. Ərini öldürməkdə ittiham olunan gənc qadının qonşuları istintaqa verdikləri ifadəslərində belə deyirlər.

Uçurumun düz kənarında, tam bir addımlığında olan ailə. Əgər buna ailə demək mümkünsə. Kiminə görə gözlənilən, kiminə görəsə ağlasığmaz görünən qətl hadisəsi.

Bakı Ağır Cinayətlər Məhkəməsində ərinin qətlində ittiham olunan 27 yaşlı Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edir.

İstintaqla müəyyən edilib ki, əslən Cəlilabad rayonundan olan Nuridə Kərimova 2009-cu ildə valideynlərinin məsləhəti ilə Kürdəmir rayon sakini Vüqar Kərimovla ailə qurub. Birgə nikahdan 2012-ci ildə Sona adlı qız övladları dünyaya gəlib. Evliliklərinin ilk vaxtlarından etibarən ər-arvad arasındakı münasibətlər heç də ürəkaçan olmayıb. Buna səbəb ailə başçısının spirtli içkilərə qurşanması, narkotik vasitələrdən istifadə etməsi, həyat yoldaşına, azyaşlı qızına qayğı göstərməməsi, Nuridəni döyüb-incitməsi olub. Ərinin hərəkətlərindən bezən qadın dəfələrlə 4 yaşlı qızını da özü ilə götürərək ata evinə pənah aparıb. Amma sonra Vüqar ona hər şeyin düzələcəyinə, daha içməyəcəyinə, narkotikdən istifadə etməyəcəyinə söz verərək qadını geri qaytarıb. Bu hal bir neçə dəfə təkrarlanıb. Hətta Nuridə küsüb atası evinə gedən vaxtlarda Vüqar evə yüngül həyat tərzi sürən qadınları gətirməkdən də çəkinməyib. Bu barədə sonradan xəbər tutsa da, çox şeyi açıb-ağartmaq istəməyib.



“4 yaşlı körpəsinin gözü önündə döyülən qadın”

Qəsəbədəki kafelərdən birində dönərçi işləyən Vüqarın evin kommunal xərclərini belə ödəməməsi üzündən Nuridə ilə azyaşlı körpəsi günlərlə işıqsız qalıblar. Körpə qızının gözləri önündə döyülməsi, alçaldılması, Vüqarın hər kiçik problemdən ajiotaj yaratması ər-arvad arasında baş verən dava-dalaşların, münaqişələrin intensiv şəkil almasına, getdikcə daha da şiddətlənməsinə gətirib çıxarıb.


Ailə başçısının qətlinə səbəb nə olub?

Ötən ilin iyul ayının 22-də gecəyarısı içkili vəziyyətdə evə dönən ərindən qadın bu saata qədər harada olduğunu soruşub. Vüqar ona “yaxşı eləmişəm, xoşuna gəlmirsə, çıx get, mən beləyəm, həmişə belə olacağam” cavabını verib və onu döyməyə başlayıb, boğazından yapışaraq başını divara çırpıb. Vüqarın hərəkətlərindən qorxuya düşən qadın stolun üstündəki bıçağı götürərək onun ürəyinə zərbə endirib. Aldığı zərbənin təsirindən Vüqar Kərimov hadisə yerindəcə dünyasını dəyişib.

Törətdiyi cinayət əməlinə görə Nuridə Kərimovaya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qəıtimkan tədbiri seçilib.


“Bizim evlənməyimizi ailələrimiz planlaşdırmışdı”

Təqsirləndirilən şəxs qismində dindirilən Nuridə Kərimova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində ərini öldürmək niyyəti olmadığını, onu sadəcə qorxutmaq istədiyini deyib: “Vüqar atamın uzaq qohumu idi. Bizim evlənməyimizi ailələrimiz planlaşdırmışdı. Evliliyimizin ilk vaxtlarında Vüqarın doğulduğu rayonda, Kürdəmirdə yaşadıq. Sonradan Bakıya köçüb müxtəlif ünvanlarda kirayədə yaşadıq. 2014-cü ildə Ramana qəsəbəsində, indi yaşadığımız evi aldıq”.

 
“Hər gecə evə içkili halda gəlir, dava salırdı”

N.Kərimova ifadəsində evləndikləri ilk gündən ulduzlarının barışmadığını deyib: “Vüqar hər gün evə sərxoş gəlirdi, içki aludəçisi idi. Hər gün səhər tezdən evdən çıxır, gecə yarıdan sonra içkili halda geri dönürdü. Gələn kimi də dava salırdı. Birgə yaşadığımız müddətdə məni çox incidib, tez-tez döyüb, əzab verib. Bütün bu dava-dalaşlar, döyülmələr qızımın gözləri önündə baş verirdi. Uşağımı da götürüb evdən gedirdim, bir neçə gündən sonra gəlib dil töküb qaytarırdı, “düzələcəyini” deyirdi, amma heç nə dəyişmirdi”.

“Məni döyəndə qonşular səs-küyə gəlirdilər”



Vüqarla münasibətlərinin kəskinləşdiyi üçün hadisədən bir ay əvvəl Nuridə övladını Səbail rayonunda kirayədə yaşayan atasıgilin evinə aparıb qoyub. Dörd yaşlı balacanın ailədə yaşananlardan qorxması, münaqişələrin onun psixi vəziyyətinə təsir etməməsi üçün Sonaya nənəsigil baxıb: “Vüqarla münasibətlərimizi hər zaman qorumağa çalışırdım. Onun məni döyməsi ilə bağlı heç yerə şikayət etməmişdim. Əgər şikayət etsəydim, münasibətlərimizin daha da pis olacağından qorxurdum. Hər dəfə Vüqar məni döyəndə qonşular səs-küyə gəlirdilər. Onun məni necə döyməsinin şahidi olurdular. Bəziləri məsləhət verirdi ki, döz, hələ cavansınız, bir azdan münasibətləriniz düzələcək”.

İşığı kəsildi, ocağının işığını isə özü söndürdü

Hadisədən bir neçə gün əvvəl işığpulu borcuna görə Kərimovların mənzilinə elektrik enerjisinin verilməsi dayandırılıb. Vüqar işıqpulunu ödəmədiyinə görə gecələr ev zülmətə qərq olub. Gənc qadın qaranlıqdan qorxduğuna görə işıqpulunu ödəyənə qədər Vüqardan evə tez gəlməsini xahiş edib: “Evimizdə işıqlarımız tez-tez sönürdü. Vüqar işıqpulunu ödəmirdi, qazandığının hamısını içkiyə verirdi. Hadisə baş verən gecə saat 2-də gəlib çıxdı. Yenə də içkili idi. Qaranlıqdan, evdə tək qalmaqdan qorxduğumu deyib niyə gec gəldiyini soruşduqda “yaxşı eləmişəm, xoşun gəlmirsə, çıx get” deyib məni itələdi. Boğazımdan yapışıb divara çırpdı, döyməyə başladı. Taqətimi itirdim, başımda kəskin ağrı yarandı. Qollarımdan tutub silkələdi, plastik stolu götürüb başıma vurmaq istəyəndə, özümü müdafiə etmək üçün stolun üstündəki bıçağı əlimə götürdüm”.

“Onu öldürmək istəməmişəm”

Təqsirləndirilən N.Kərimova ərini öldürmək niyyətində olmadığını, özünü müdafiə etmək istədiyini, bıçağın yanlışlıqla Vüqara dəydiyini deyib: “Bıçağı özümü müdafiə etmək üçün götürmüşdüm, Vüqarı özümdən kənarlaşdırmaq istəyirdim. Öldürmək niyyətim yox idi. Sadəcə qorxutmaq istəyirdim. Üstümə gələndə bıçağı ona sarı tutdum. Bıçaqdan qorxub mənə heç nə etməyəcəyini düşünürdüm. Amma əksinə oldu. Vüqar plastik oturacaqla məni vurub üstümə hücum çəkəndə bıçaq Vüqarın sinə nahiyəsinə girdi. Bıçaqda qan görən kimi qorxuya düşdüm. Qonşulara xəbər vermək üçün küçəyə qaçdım. Təcili yardıma və polisə zəng vurdular. Həyətdə oturub polislərin gəlməsini gözlədim. Təcili yardım həkimləri gəlib Vüqarın öldüyünü dedilər”.



Ərini öldürməkdə ittiham olunan qadın ifadəsinin sonunda “onu sevirdim, döyüb-incitsə də ayrılmaq fikrim yox idi” deyib.

“Meyiti Kürdəmirə apardıq”

Zərərçəkmiş şəxs qismində dindirilən Safa Kərimov ifadəsində Kürdəmir rayonunun Xırdapay kəndində yaşadığını, oğlu ilə gəlini arasında hər hansı narazılığın baş verməsindən xəbərsiz olduğunu göstərib: “Üç-dörd il olardı ki ev almışdılar. Biz kənddə yaşayırıq. Vüqargillə çox az əlaqə saxlayırdıq. Oğlumun yaşadığı evə bircə dəfə getmişəm. Onun Nuridə ilə aralarında soyuqluq olduğunu hiss etməmişəm. Ötən ilin iyul ayının 23-də gəlinim Aybəniz zəng vurub Vüqarın öldüyünü dedi. Dərhal Bakıya gəldim. Morqda olarkən Vüqarın Nuridə tərəfindən öldürüldüyünü öyrəndim. Meyiti Kürdəmirə aparıb orada dəfn etdik”.

Kərimovlarla qonşuluqda yaşayanların hamısı istintaqa verdikləri ifadələrində Vüqarın spirtli içki düşkünü olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, ailəsini incitdiyini, onlara baxmadığını göstəriblər.

Şahid Rasim Əbilovun ifadəsindən: “Nuridə mehriban xasiyyətli, yaxşı qız olub. Vüqar ailəsinə laqeyd yanaşırdı. Evə daim içkili gəlirdi, dava salırdı. Bəzən arvadını elə döyürdü ki, Nuridəni görəndə məəttəl qalırdıq. Üz-gözü şişmiş vəziyyətdə, qançır olurdu. Nuridə küsüb anasıgilə gedəndə Vüqar evə başqa qadınları, əyyaş dostlarını gətirirdi. Qonşuların təkidi ilə Vüqar yaşadığı evdə təmir işləri aparmaq üçün 2016-cı ildə bir maşın kərpic almışdı. Yaşadıqları ev xarabaya bənzəyirdi. Yağış yağanda içəri girmək mümkün deyildi - hər yer nəm olurdu, ətraf siçan yuvası idi. Amma Vüqar evi təmir etdirmədi, o kərpiclər də elə həyətdə qaldı. Qazandığı pulu içkiyə, psixotrop maddələrə verirdi. Nuridəyə yazığımız gəlirdi. Həyat yoldaşım da, mən də ona Vüqardan boşanmağı məsləhət görürdük. Amma Nuridə səfil gündə yaşamasına, hər gün döyülüb söyülməsinə baxmayaraq, ailəsini dağıtmaq istəmədiyini deyirdi. Vüqar evin kommunal xərclərini də ödəmirdi. Onların işığı daim sönürdü. Onsuz da işığın sönməsinin Vüqara aidiyyatı yox idi. Nuridəyə kömək üçün evimizdən naqillə elektrik xətti çəkmişdik ki, işıqsız qalmasın…”




Xəbərin oxunma sayı : 1015




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap