Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Bakıda hərəkət məhdudiyyəti qoyulan yollar – Siyahı

Tarix 14.08.24, 11:57

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda aidiyyəti dövlət qurumu tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

AzFakt.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar aşağıdakılardır:

1. Alexsandr Puşkin küçəsi Dəmir yol vağzalının qarşısı, Dilarə Əliyeva küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Həsən bəy Zərdabi prospekti, Musabəyov parkı istiqamətində, Akim Abbasov küçəsi ilə kəsişmədən Həsən Məcidov küçəsi ilə kəsişməyə qədər;
3. Nəsimi rayonu, 28 May küçəsində, (K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək);
4. Xətai rayonu, Yusif Səfərov küçəsi ilə kəsişmədən A.Puşkin küçəsi ilə kəsişməyə qədər;
5. Dilarə Əliyeva küçəsi, A.Puşkin küçəsi ilə kəsişmədən Səməd Vurğun bağınının yaxınlığı, Rixard Zorge küçəsi ilə kəsişmə istiqamətində;
6. 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə.

Təmir işləri aparılan küçə və prospektlər:

1. Nərimanov rayonu, Molla Pənah Vaqif prospekti ilə Hənifə Ələsgərov küçəsinin kəsişməsi, Ceyhun Hacıbəyli küçəsi istiqamətində;
2. Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, Azərbaycan Dövlət Neft Akademiyasının qarşısında;
3. Xətai rayonu, 8 Noyabr prospekti, Heydər Əliyev adına Neft Emalı Zavodunun qarşısı, hər iki istiqamətdə;
4. Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, "Badamdar Hotel”in qarşısı, hər iki istiqamətdə;
5. Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi, Rəşid Behbudov küçəsi istiqamətində;
6. Səbail rayonu, Bülbül və Neftçilər prospektlərinin kəsişməsində;
7. Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməyədək yolda təmir işləri aparılır.



Xəbərin oxunma sayı : 631




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap