Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Balqabaq qabında hazırlanan ən qədim çay - Çaydanı 165 manat, 100 qramı isə…

Tarix 13.09.19, 10:33

Font ölçüsü : - / +
bitmap-img6


Mate tərkibində yüksək miqdarda matein olan tonuslandırıcı içkidir

Mate çayı pirkal bitkisinin qurudulmuş və xırdalanmış yarpaq və cavan zoğlarından hazırlanır. Pirkal bitkisinin cavan yarpaqları "mate otu" adlanır, çayın hazırlandığı qab da mate adlanır. Lakin ruslar onu kalabas və ya kalebas adlandırır və bu söz ispan dilindən tərcümədə balqabaq deməkdir.

Medicina.az xəbər verir ki, mate sözü keçua dilində "matı” sözündən götürülüb, tərcüməsi balqabaqdan hazırlanmış qab, boşqab deməkdir. Həmin dildə bu söz nə bitki, nə çay, nə də qurudulmuş yarpaq mənasını verirdi. Onun bir tərcüməsi var idi: içki içilən qab. Əvvəllər mate sözü "iezut çayı" da adlandırılıb.

Eramızdan əvvəl VII minillikdə hinduların ondan istifadə etdikləri barədə faktlar var, ona görə bəzi alimlərin fikrincə, mateni ən qədim içki hesab etmək olar.

Mate bitkisinin yarpaqları ağac əkiləndən 3-4 il sonra yığılmağa başlayır və bundan sonra yarpaqların toplanması ildə iki-üç dəfə aparılır və yarpaqla bərabər qalınlığı 4 millimetrə qədər olan cavan zoğlar da toplanır. Çayın acıtəhər dadı var. Nevrozlar və depressiya zamanı əhvali-ruhiyyəni yaxşılaşdırmaq, onu aktivliyi artırmaq, qanda adrenalinin səviyyəsini aşağı salmaq üçün içirlər. Çayın qəbulu tez yuxuya getməni və yuxunun dərinliyini təmin edir.

Amerikada mate içkisini qəhvənin ideal əvəzedicisi hesab edirlər. Argentinada hər kəs il ərzində 10 kiloqrama yaxın mate istifadə edir. Avropada gömrük sənədlərinin taarif kodekslərində onu Cənubi Amerika çayı kimi qeyd edirlər.

Matein kofeindən fərqli olaraq yuxusuzluq və taxikardiya vermir, əksinə orqanizmi gümrahlaşdırır. Lakin uzun müddət matein çayı içiləndə dəridə quruluq və tər ifrazının azalması müşahidə edilir. Ona görə də ağciyər xərçənginin yaranması riski artmış olur. Montevideo Onkologiya İnstitutunun apardığı tədqiqat nəticəsində mate istifadəsi ilə qida borusu xərçəngi arasında əlaqə olduğu müəyyən edilib. Uruqvay əhalisinin demək olar ki, hamısı mate çayından istifadə edir və onların əksəriyyəti ölkənin onkoloji statistikasına daxildir.

Çay Azərbaycanda da satılır. Bu çayın təxminən 100 qramı 4 manat, hazırlanası üçün lazım olan xüsusi qab isə 165 manatdır.




Xəbərin oxunma sayı : 433




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap