Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Baydendən İranın İsrailə hücumu ilə bağlı ilk açıqlama - “Hamsın burduq”

Tarix 14.04.24, 8:45

Font ölçüsü : - / +
bitmap-img6


"Hərbçilərimizin bacarığı sayəsəində İsrailə yönəlmiş PUA və raketləri vurduq" 

Bu gün İran və onun Yəmən, Suriya və İraqda fəaliyyət göstərən proksiləri İsraildəki hərbi obyektlərə misli görünməmiş hava hücumu həyata keçirib.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin bəyanatında bildirilib.

ABŞ lideri bu hücumları ən sərt şəkildə qınadığını vurğulayıb.

"Mənim göstərişimlə İsrailin müdafiəsini dəstəkləmək üçün ABŞ hərbçiləri son bir həftə ərzində bölgəyə təyyarələri və ballistik raketdən müdafiə sistemlərini yerləşdiriblər. Hərbçilərimizin bacarığı sayəsində İsrailə yönəlmiş pilotsuz uçuş aparatlarının və raketlərin demək olar ki, hamısını vurduq. Mən Baş nazir Netanyahu ilə danışığımda ABŞ-nin İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqlədim.

Mən bildirdim ki, İsrail misli görünməmiş bu hücumlardan qorunmaq və onu dəf etmək bacarığı ilə düşmənlərinə mesaj verdi.

İranın hücumuna diplomatik cavabı koordinasiya etmək üçün G7 liderlərinin görüşünü çağıracağam. Komandam regiondakı həmkarları ilə əlaqə saxlayacaq. Bu gün qüvvələrimizə və ya obyektlərimizə hücum qeydə almasaq da, biz bütün təhdidlərə qarşı ayıq-sayıq olacağıq və xalqımızı qorumaq üçün bütün lazımi tədbirləri görməkdən çəkinməyəcəyik", - deyə qeyd olunub.





Xəbərin oxunma sayı : 718




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap