“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Beyləqanda Zəfər Gününə həsr olunmuş ziyafət - FOTOLAR

Tarix 07.11.25, 18:16

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş təntənəli ziyafət tədbiri keçirilib. 

AzFakt.com xəbər verir ki, tədbirdə Beyləqan RİH-in rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi veteranları, idarə və müəssisə əməkdaşları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.

Beyləqan RİH başçısı Əziz Əzizov bildirib ki, Azərbaycan xalqı 44 gün ərzində bütün dünyaya gücünü, əzmini və iradəsini nümayiş etirib.

RİH başçısı vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti və xalq–dövlət birliyinin sarsılmazlığı nəticəsində Azərbaycan təkcə torpaqlarını azad etmədi - əsrlər boyu yaddaşlardan silinməyəcək bir zəfər salnaməsi yazdı. Sabah paytaxt Bakı şəhərində keçiriləcək möhtəşəm zəfər paradını vurğulayan rayon rəhbəri, bu paradın Azərbaycan xalqının dövlətçilik qürurunun, ordumuzun qüdrətinin və Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsinin parlaq təcəssümü olduğunu bildirib.

Tədbirin davamında şəhid ailələri adından Bənövşə Fərzəliyeva, Vətən Müharibəsi qazisi Orxan Həsənov və digərləri çıxış edərək Zəfərin qürurundan və dövlətimizin şəhid ailəri və qazilərə göstərdiyi yüksək diqqət və qayğıdan danışıblar.

Ziyafət tədbiri Beyləqan rayon Mədəniyyət Mərkəzinin hazırladığı musiqili proqramla davam edib. Səhnədə səslənən hər bir ifa həm qələbə sevincini, həm də şəhidlərin xatirəsinə sonsuz ehtiramı əks etdirib.





Xəbərin oxunma sayı : 853




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap