“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Binəqədidə 7 namizəd seçkinin nəticəsini tanımadı - BƏYANAT

Tarix 13.02.20, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə9 saylı Binəqədi ikinci seçki dairəsindən qeydə alınmış 7 namizəd seçki saxtakarlığına etiraz əlaməti olaraq birgə bəyanat imzalayıb.

Bətanatı Elşad Musayev, Günel Səfərova, Nemət Kərimli, Ülvi Həsənov, Rəşad Rzayev, Əpoş Vəliyev və Elnur Qasımov imzalayıb.

Aktual.az-a daxil olan həmin bəyanatı olduğu kimi təqdim edirik:

"9 saylı Binəqədi ikinci seçki dairəsindən 9 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə qeydə alınmış namizədlər olaraq seçki günü aktiv müşahidə etdiyimiz ciddi qanun pozuntuları, karusellər, topa şəkildə bülletenlərin seçki qutularına atılması, müşahidəçilərin seçkini izləmək imkanlarının məhdudlaşdırılması, müşahidəçilərə təzyiq göstərilməsi, səsvermə hüququ olmayan şəxslərin kütləvi surətdə mənzil istismar sahələrindən alınan saxta arayışlar əsasında səsvermədə iştirakı, bülletenlərin sayılmadı prosesindən müşahidəçilərin kənarlaşdırılması və protokolların surətlərinin seçki qanunvericiliyinə uyğun olaraq verilməməsi halları tərəfimizdən aşkar olunmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, 9 saylı Binəqədi ikinci seçki dairəsində total saxtakarlıq və qanun pozuntuları şəraitində keçirilən seçkilərin seçicilərin iradəsinin nəzərə alınmadığını qeyd etməklə seçkilərin nəticələrini rəsmi qaydada tanımadığımızı bəyan edir və yeni seçki keçirilməsini tələb edirik.

Qeydə alınmış namizədlər

Elşad Musayev

Əpoş Vəliyev

Elnur Qasımov

Rəşad Rzayev

Günel Səfərova

Nemət Kərimli

Ülvi Həsənov”






Xəbərin oxunma sayı : 544




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap