Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bir televiziya rəhbərinin malik olduğu sərvət… – Gələndə köhnə “Nissan“da idi, gedəndə isə... - SİYAHI

Tarix 29.09.17, 22:45

Font ölçüsü : - / +
bitmap-img6


Bugünlərdə vəzifəsindən uzaqlaşdırılan ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının malik olduğu əmlakın siyahısı yayılıb.

Strateq.az xəbər verir ki, Ölkə.az saytının yaydığı siyahıda Vüqar Qaradağlının ATV prezidenti təyin edildikdən sonra əldə etdiyi varidatın bir hissəsi açıqlanıb.

Siyahıda göstərilir:

1. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi, ev 518. Üçmərtəbəli villa;

2. Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 3, mənzil 5. "Neo MMC"dən 4 otaqlı mənzil;

3. Yasamal rayonu Haqverdiyev küçəsi, məhəllə 574, ev 5, mənzil 28;

4. Yasamalda ATV-nin yaxınlığındakı yeni tikilmiş binada mənzil;

5. Quba rayonunda üçmərtəbəli villa;

6. Biləcəri qəsəbəsində yanaşı iki villa (Həmin tikililəri yerli sakinlər "ATV-nin villaları" adıyla tanıyır);

7. Amerikanın əhali sayına görə ən böyük hesab edilən şəhəri – Nyu-Yorkda 2 otaqlı mənzil. Hazırda həmin mənzildə V. Qaradağlının bu ölkədə təhsil alan oğlu yaşayır;

8. Türkiyədə, Quş adası istirahət bölgəsində ev;

9. Bodrumda mənzil;

10. Antalyada ikiotaqlı mənzil;

11. İstanbulda  "Molos İstanbul" adlanan kompleksdə mənzil (Bu kompleksdə ən ucuz mənzil 2 milyon dollardır);

12. Bayraq Meydanının yaxınlığında "Panorama" restoranı (qayını Rauf Dadaşovla şərik); 

13. Ən son model 2 ədəd "Audi" markalı avtomobil. Audilərdən biri A5, digəri A6 model. Qeyd edək ki, "Audi"lərdən birini V.Qaradağlı özü, digərini həyat yoldaşı idarə edir. Və hər ikisinin dövlət nömrə nişanı "… – 241"-dir.

14. İki ədəd son model "Lexus" avtomobili. Bu avtomobillərdən biri hazırda ATV-dədir. 

15. Bir ədəd "Nissan patrol". Bu avtomobilin də qiyməti təxminən 300 min manatdır.

16. "Mercedes S Class"

Sayt onu da qeyd edib ki, V. Qaradağlı bu posta təyin edilərkən ATV-yə "Rent a car"dan icarəyə götürdüyü köhnə model, qiyməti 9-10 min manata olan "Nissan Patfhinder" markalı avtomobillə gəlibmiş. Həmin avtomobil bir ay iyirmi gün V.Qaradağlının sərəncamında olub.



Xəbərin oxunma sayı : 1606




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap