“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Birinci Qarabağ müharibəsinin şəhidi 30 il sonra Ucarda dəfn edidi - FOTOLAR

Tarix 22.05.24, 15:54

Font ölçüsü : - / +
bitmap-img6


Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer və kimliyi müəyyən edilən şəhid Elbrus İsaq oğlu İsaqovun qalıqları dəfn edilib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, şəhid Elbrus İsaq oğlu İsaqovun qalıqları Biləsuvar rayonundakı 1 saylı Cəbrayıl qəsəbəsində yaşayan ailəsinə təhvil verilib.

Şəhidlə qəsəbədə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak edib.

Şəhidin qalıqları qəsəbədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Elbrus İsaq oğlu İsaqovun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

1966-cı il təvəllüdlü Elbrus İsaq oğlu İsaqov 1984-1986-cı illərdə Əfqanıstanda xidmətdə olub.

Könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. Döyüş yoluna xüsusi təyinatlı kimi Murovdağ silsiləsindən başlayıb. Ömər aşırımının müdafiəsində qəhrəmanlıq göstərib. 1994-cü ilin fevral ayının 11-dən sonra Elbrus İsaqov itkin düşmüş sayılıb.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 1048




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap