“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

BMT-dən yeni böhran xəbərdarlığı – Dünya əhalisini nələr gözləyir?

Tarix 14.05.20, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


“Koronavirus pandemiyası dünyada zehni sağlıq böhranı yarada bilər, çünki bütöv cəmiyyətlər xəstəlik, ölüm, təcrid, iqtisadi əziyyətlərlə bağlı ümidsizlik içindədirlər”. Bu barədə BMT-nin yaydığı bəyanatda bildirilir.

Qurumun səhiyyə ekspertləri mayın 14-də deyiblər ki, pandemiyanın ilk aylarında fiziki sağlığı qorumaq prioritetə çevrilsə də, mental sağlıq əhalinin özünə gəlməsinin əsas komponenti olacaq.

“Depressiya və narahatlıq daxil mental sağlıq problemləri dünyamızda yaranmış mənəvi düşkünlüyün ən böyük səbəblərindədir”, – BMT-nin Baş katibi Antonio Guterres xəbərdarlıq edib.

“Mental səhiyyə xidmətləri on illər boyunca gözardı olunub, yetərincə sərmayə görməyib, indi isə COVID-19 pandemiyası ailələrə və icmalara əlavə stress yaşadır”, – o, sözlərinə əlavə edib.Baş katib deyir ki, hətta pandemiya nəzarətə alınsa belə, kədər, narahatlıq və depressiya insanlara və icmalara təsir göstərməkdə davam edəcək.

BMT-nin bildirməsinə görə, bir çox insanlar özlərinin, yaxınlarının xəstəliyə yoluxacağından, yaxud öləcəyindən qorxur, bunun stresilə yaşayırlar, fiziki məsafə gözləmək dəəlavə stress yaradır.

Bundan başqa, on milyonlarla insan iqtisadi çətinliklər içindədir, pandemiya ucbatından ya gəlirini itirib, ya da bu riskləüzləşib. İqtisadi stressin təsiri, insanların ümidini itirməsi “ümidsizlikdən ölüm” hallarına yol aça, intiharlar arta bilər, hesabatda xəbərdarlıq olunur.

Artıq ön cəbhədə çalışan, koronavirus xəstələrini müalicə edən, ölümlərəşahid olan tibb işçilərində pandemiyaya bağlı psixoloji stress özünü göstərir. Bir sıra ölkələrdə tibb işçiləri arasında intihar halları qeydə alınıb.

BMT qadınların evdə qaldıqca daha artıq məişət zorakılığı, pis rəftarla üzləşdiyini bildirir. Uşaqların inkişafı isə sosial təcrid, təhsil sisteminin pozulması, ailə stresi, gələcəklə bağlı qeyri-müəyyənlikdən dolayı emosional təsirə məruz qala bilər.

Ekspertlər onu da bildirirlər k, virusla bağlı dezinformasiya vəşayiələr stresin ümumi mənbələridir, gələcəklə bağlı narahatlıq və qeyri-müəyyənliyi artırır. Hesabat pandemiyadan qabaq sərmayə qoyulmamasına baxmayaraq, indi mental sağlıq problemlərini həll etməyin yollarını göstərir, bu sahəyə investisiyanı artırmağa çağırır.

BMT bildirir ki, depressiya və narahatlıq pandemiyadan qabaq qlobal iqtisadiyyata ildə 1 trilyon dollara başa gəlirdi. Ümumiyyətlə, depressiyadan dünyada 264 milyon nəfər əziyyət çəkir. Mental sağlıq problemlərinin yarıya qədəri 14 yaşından başlanır. İntihar isə 15-29 yaşlılar arasında ölüm hallarının ikinci əsas səbəbidir. (azadliq.org)





Xəbərin oxunma sayı : 181




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap