“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ceyhun Bayramov ATƏT sədri ilə geniş tərkibdə görüş keçirib - MÜZAKİRƏ

Tarix 04.08.26, 12:33

Font ölçüsü : - / +
bitmap-img6


Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə geniş tərkibdə görüş keçirib.

AzFakt.com xəbər verir ki, bu barədə XİN açqılaam yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan–İsveçrə ikitərəfli gündəliyi, İsveçrənin ATƏT-ə sədrliyi dövrünün prioritetləri, Azərbaycan–ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, həmçinin regiondakı postmünaqişə vəziyyəti və Azərbaycan–Ermənistan normallaşma prosesi müzakirə olunub.

Bildirilib ki, gələn il Azərbaycan və İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq. Bu əlamətdar tarix son üç onillik yarım ərzində formalaşmış tərəfdaşlığı dəyərləndirmək üçün mühüm fürsət kimi qiymətləndirilib.

 Tərəflər yüksək səviyyəli təmasların və xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu baxımdan, cari ilin aprel ayında Bakıda keçirilmiş son siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd olunub və bu mexanizmin müntəzəm əsasda davam etdirilməsinin önəmi diqqətə çatdırılıb.

 Müzakirələr zamanı Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti vasitəsilə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə də toxunulub.

 Enerji sektorunun ikitərəfli iqtisadi münasibətlərin əsas sütunlarından biri olduğu vurğulanıb. Bu çərçivədə, "SOCAR Energy" şirkətinin İsveçrədəki uğurlu fəaliyyəti qarşılıqlı faydalı əməkdaşlığın mühüm nümunəsi kimi qeyd edilib.

 Nazirlər, həmçinin insanlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildiriblər.

 Görüşdə İsveçrənin ATƏT-ə sədrliyi dövrünün prioritetlərinə xüsusi diqqət yetirilib. Azərbaycan sədrliyin elm və diplomatiya, innovativ texnologiyalar, su ehtiyatlarının idarə olunması, enerji təhlükəsizliyi və rəqəmsal təhlükəsizlik istiqamətlərinə verdiyi önəmi alqışlayaraq, bu sahələrin müasir çağırışların aradan qaldırılmasında mühüm rol oynadığını vurğulayıb.

 Nazir Ceyhun Bayramov bildirib ki, ATƏT məkanında təhlükəsizlik mühitinin getdikcə mürəkkəbləşdiyi şəraitdə təşkilat öz aktuallığını və regional təhlükəsizlik məsələlərinin həllində rolunu qorumaq üçün hərtərəfli təhlükəsizlik konsepsiyasından və geniş coğrafi üzvlüyündən tam istifadə etməlidir. O, Azərbaycanın iştirakçı dövlətlərin suveren bərabərliyi, qarşılıqlı hörmət, inklüziv dialoq və konsensus prinsiplərinə əsaslanan səmərəli çoxtərəfliliyi dəstəklədiyini bir daha təsdiqləyib.

 Azərbaycan–Ermənistan normallaşma prosesinə toxunan nazir Ceyhun Bayramov həmkarına sülh prosesinin hazırkı mərhələsi, iki ölkə arasında faktiki sülh şəraiti və həyata keçirilən etimad quruculuğu tədbirləri barədə məlumat verib. O bildirib ki, ikitərəfli formatda əldə olunan irəliləyiş bu yanaşmanın effektivliyini bir daha nümayiş etdirir.



 ATƏT-lə əməkdaşlıq məsələsinə dair nazir Ceyhun Bayramov Azərbaycanın təşkilatın müvafiq təcrübəyə malik olduğu və əlavə dəyər yarada biləcəyi qarşılıqlı maraq doğuran sahələrdə praktiki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha vurğulayıb.

 Nazir, həmçinin Azərbaycanın ərazilərinin mina və digər partlayıcı müharibə qalıqları ilə geniş şəkildə çirkləndirildiyini ölkənin ən ciddi humanitar problemlərindən biri kimi qiymətləndirib. O, bu problemin həlli istiqamətində ATƏT-in öz mandatı və imkanları çərçivəsində praktiki dəstəyinin vacibliyini qeyd edib.

Görüş zamanı Ukrayna ətrafındakı vəziyyət, Yaxın Şərqdə baş verən proseslər, eləcə də digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.



Xəbərin oxunma sayı : 163




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap