Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı

Tarix 08.01.25, 16:05

Font ölçüsü : - / +
bitmap-img6


Dünyanın ən çox oxunan və tanınan biznes jurnallarından biri olan "Forbes”, Azərbaycanda texnoloji yeniliklərlə bağlı araşdırmasında Veysəloğlu Şirkətlər Qrupunun təcrübəsinə müraciət edib. Bu çərçivədə jurnal, "Veysəloğlu”nun tanınmış beynəlxalq brendlərlə əməkdaşlığına və tətbiq etdiyi texnoloji yeniliklərə geniş yer ayırıb.

Məqalənin girişində qeyd olunur ki, Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda aparıcı işəgötürənlərdən biridir:

"Şirkətlər Qrupu bazara daim beynəlxalq təcrübələri, yeni məhsul və markaları təqdim etməyə üstünlük verir. Dünyaca məşhur Rossmann, SPAR və Entree ilə əməkdaşlıq bu qəbildəndir”.

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, "Forbes” jurnalına verdiyi eksklüziv müsahibəsində Şirkətlər Qrupuna aid olan "Araz”-ın SPAR şəbəkəsini françayzinq hüququ ilə idarə edərək yerli sahibkarlar üçün yeni biznes imkanları yaratdığını izah edib:

"Azərbaycanda SPAR brendi ilə mağaza açmaq istəyən sahibkarlara, biznes planının hazırlanmasından mağazanın açılışına kimi bütün mərhələlərdə təcrübəli Araz mütəxəssisləri tərəfindən dəstək göstərilir. Eyni zamanda, müxtəlif müstəqil yerli sahibkarlara məxsus pərakəndə mağazalar SPAR beynəlxalq standartlarından və Araz təcrübəsindən yararlanaraq məhsulları daha münasib qiymətə və sərfəli şərtlərlə təqdim edə bilərlər”.

Məqalədə qeyd olunur ki, Veysəloğlu Şirkətlər Qrupu biznes peşəkarlığının artırılmasına, rəqabətədavamlı faydalar yaratmağa və insan resurslarını saxlamaq üçün müsbət iş yeri mədəniyyətinin formalaşdırılmasına xüsusi diqqət yetirir.

Aydın Talıbov vurğulayıb ki, müasir tələblərə cavab vermək üçün Veysəloğlu Şirkətlər Qrupu bir sıra ERP həlləri tətbiq edib. Bu istiqamətdə əsas diqqət SAP layihələrinə yönəldilib:

"Qrupa məxsus SAP portfelinə satış, satınalma, maliyyə, logistika, insan resursları, anbar idarəetməsi və pərakəndə həlləri kimi 30-dan çox modul daxildir. Bundan əlavə, SAP F&R (Proqnozlaşdırma və Doldurma) tətbiqi inventar idarəetməsini təkmilləşdirib, mağazalarda optimallaşdırılmış doldurma proseslərini və pərakəndə biznes üçün ümumi təchizat zəncirinin səmərəliliyini artırıb. SAP aATP-dən istifadə etməklə Veysəloğlu Şirkətlər Qrupu real vaxt rejimində əlçatanlığa nail olub, tələbin daha dəqiq proqnozlaşdırılmasına və anbarın səmərəli doldurulmasına imkan verib. Bu da optimal ehtiyat səviyyələrini təmin edir və əməliyyat xərclərini azaldır. Nəticədə, SAP həlləri tətbiq olunan bütün biznes sahələrimizdə proseslər avtomatlaşdırılıb”.



Xəbərin oxunma sayı : 379




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap