“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Zelenski ikinci müddətə prezident olmaq istəyir” - KİV

Tarix 09.01.25, 9:28

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Volodimir Zelenski ikinci dəfə dövlət başçısı postuna namizəd olmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın “Teleqraf” nəşri Zelenskiyə yaxın mənbələrə istinadən məlumat yayıb.

“İkinci müddətlə bağlı qərar qəbul edilib, 52% etimad səviyyəsi ilə Zelenskinin hələ də prezident seçkisində qalib gəlmək şansı var”, - deyə mənbə bildirib. 

Nəşr vurğulayır ki, hazırda Zelenskinin əsas rəqibi Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıdır. O da bildirilib ki, Zalujnı hələ siyasi gələcəyi ilə bağlı yekun qərar verməyib.

Bundan əvvəl isə Zelenski yenidən prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı hələlik dəqiq cavab verməyə hazır olmadığını bildirmişdi.

Ukrayna KİV-lərinin məlumatına görə, Ukraynada növbəti prezident seçkiləri mayın 25-nə təyin edilib.

Xatırladaq ki, Zelenski 2019-cu il mayın 20-dən Ukraynanın prezidentidir.



Xəbərin oxunma sayı : 994




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap