“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Dövlət ötən il hansı şirkətlərin borclarını ödəyib? - Hesablama Palatası açıqladı

Tarix 21.06.22, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


Hesablama Palatasının ötənilki dövlət büdcəsinin icrası barədə rəyində "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu"ndan vəsait istifadəsinə dair göstəricilərə də yer verilib.

Aydın olur ki, fond ötən il 1 milyard 215 milyon manat, 58 milyon dollar və 29.8 milyon avro, yəni toplam 1 milyard 374 milyon manat xərcləyib.

Qeyd edək ki, adıçəkilən Təminat Fondu dövlət zəmanəti ilə götürülən borc öhdəliklərinin ödənilməsi üçün yaradılıb. Fondun ötənilki xərclərinin 880 milyon manatı dövlət büdcəsinə transferlərdir. Daha 493.6 milyon manat bir sıra dövlət müəssisəsinin dövlət zəmanəti ilə alınmış borclara görə üzərilərinə düşən öhdəlikləri yerinə yetirə bilməməsi səbəbindən ödənilib.

Sual doğur: Fond ən çox hansı dövlət şirkətinin borclarını ödəyib?

Hesablama Palatasının açıqladığı rəqəmlərə görə, ötən il Təminat Fondu hesabına ən çox Dövlət Neft Şirkətinin (SOCAR) borcları ödənilib – 215.1 milyon manat.

Ən çox borcu ödənilən ikinci qurumsa "Aqrarkredit" QSC-dir. 2021-ci ildə adıçəkilən fond hesabına bu qurumun 120 milyon manatlıq borcu ödənilib.

Növbəti ən çox borcu ödənilən dövlət şirkəti "Azərenerji" ASC-dir. Ötən il "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu" hesabına həmin qurumun 101.2 milyon manatlıq borc öhdəliyi ödənilib.

Təminat Fondu hesabına ən çox borcu ödənilən dördüncü şirkət "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dir. Ötən il fond AZAL-a məxsus 34.8 milyon manat borcu ödəyib.

"Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu" hesabına ən çox borcu ödənilən qurumlar arasında "Azərişıq" (22.5 milyon manat) da var.

Qeyd edək ki, bütün xarici dövlət borcunun 40 faizə yaxınını Maliyyə Nazirliyi cəlb edib. Ardınca Dövlət Avtomobil Yolları Agentliyi gəlir. Mövcud xarici borc portfelində agentliyin payı 30.6 faizdir.

"Azərsu", "Azərbaycan Dəmir Yolları", "Meliorasiya və Su Təsərrüfatı" ASC və Kənd Təsərrüfatı Nazirliyi də xarici dövlət borcunun əsas icraçıları arasındadır.





Xəbərin oxunma sayı : 748




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap