“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Dövlət Agentliyində dəyişiklik - Aparat rəhbəri təyin olundu

Tarix 04.02.19, 15:52

Font ölçüsü : - / +
bitmap-img6


 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) yeni təyinat olub.

"Report” xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Zəkiyyə Mustafayeva AQTA-nın Aparat rəhbəri təyin edilib.

Zəkiyyə Mustafayeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsini fərqlənmə diplomu ilə bitirib, daha sonra Xəzər Universitetində ictimai sağlamlıq ixtisası üzrə magistr dərəcəsi alıb. Hazırda London Universitetinin Gigiyena və Tropik Təbabət üzrə London Məktəbinin magistrantıdır.

Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2009-cu illərdə səhiyyə sahəsində dövlət və özəl müəssisələrdə, o cümlədən beynəlxalq təşkilatlarda inzibati vəzifələrdə işləyib. 2010-2018-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Z. Mustafayeva Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-ci il tarixli Sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.



Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap