“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Daha bir şirkət rəhbəri saxlanıldı, əmlaklarına həbs qoyuldu – Prokurorluq xəbər yaydı

Tarix 05.12.19, 12:47

Font ölçüsü : - / +
bitmap-img6


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə “UNİMARK SYSTEMS” MMC-nin təsisçisi və direktoru Rövşən Əhmədov saxlanılıb, onun əmlaklarına həbs qoyulub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən AzFakt.com-a verilən məlumata görə, Rövşən Əhmədov öz qulluq səlahiyyətlərindən sui-istifadə etməklə həmin cəmiyyətin baş mühasibi Rauf Xəlilovla qabaqcadan əlbir olub, MMC-nin 2012-ci il üçün fəaliyyəti ilə bağlı Vergilər Nazirliyinə təqdim etdiyi mənfəət vergisinə dair bəyannamənin məzmununa bilə-bilə şişirdilmiş yalan məlumatlar daxil etdiyi kredit sifarişini öz imzası və cəmiyyətin möhürü ilə təsdiq edib: “O, 2013-cü ildə hazırda ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin “Muğan” filialına təqdim edərək bankla aralarında bağlanmış kredit müqaviləsi əsasında 447 min manat məbləğində kredit vəsaitini götürüb. Bununla “Texnikabank” ASC-yə külli miqdarda ziyan vuraraq, qanunsuz kredit almasına, həmin kredit vəsaiti üzrə 266 min manat məbləğində pul vəsaitini qəsdən ödəməyərək “Texnikabank” ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib, bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.

R.Əhmədov və R.Xəlilov Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə R.Əhmədovun 808 min manat məbləğində əmlakı üzərinə həbs qoyulub və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Azərbaycan Respublikasının Prokurorluğu bu kateqoriyadan olan cinayətlərin törədilməsinə şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verəcək neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsini təmin edəcək”.




Xəbərin oxunma sayı : 442




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap