Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Deputat Elman Məmmədovun kürəkəni 2 milyonu necə ələ keçirib? - TƏFƏRRÜAT

Tarix 26.01.22, 22:23

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən keçmiş polis əməkdaşı Elvin Həşimlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Elvin Həşimli deputatlardan birinin kürəkəni imiş. O, 2 milyonluq dələduzluqda ittiham edilsə də azadlıqdadır.

AzFakt.com musavat.com-a istinadən xəbər verir ki, E.Həşimlinin cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutur.

İttihama görə, E. Həşimli tanışı Möhkəm Səmədova qarşı dələduzluq edib.

E.Həşimli əvvəlcə siqaret satışından gəlir əldə etmək adı ilə Möhkəm Səmədovdan 110 min manat pul alıb.

Aylıq qazanc kimi ilk dəfə elə Möhkəm Səmədovun pulundan ona 7500 manatı qazanc kimi verib. Növbəti ayda isə 10200 manatı qazanc olaraq Möhkəmə qaytarıb.

Daha sonra mobil telefonların satışı mağazası açmaq, qazanc əldə etmək adı ilə Möhkəm Səmədovdan 500 min manat alan E.Həşimli növbəti ayda həmin pulun 9600 manatını qazanc kimi ona qaytarıb və inamını qazanmağa çalışıb.

Növbəti dəfə isə avtomobil ehtiyat hissələrinin satışı adı ilə Möhkəm Səmədovdan 59500 manat alan E.Həşimli bir ay sonra eyni iş üçün əlavə olaraq 200 min dollar alıb. Bu işə görə isə bir ay sonra 10600 manat pulu qazanc olaraq M.Səmədovun özünə qaytarıb. Daha çox qazanc əldə etmək adı ilə növbəti dəfə Möhkəm Səmədovdan 90 min dollar alan E.Həşimli guya görülən işlərdən gələn gəlirin artması görüntüsü yaradıb.

Bu məqsədlə Möhkəm Səmədova 48100 manat və 94 min manat pul verən E.Həşimli biznesi böyütmək üçün növbəti dəfə 240 min manatı ələ keçirib.

Təkrar olaraq qazanc kimi 200 yüz min manatı Möhkəm Səmədova qaytaran E.Həşimli əlavə olaraq biznesi genişləndirmək adı ilə 340 min dollar alıb. Alış-veriş bu şəkildə bir müddət davam edib.

İstintaq zamanı müəyyən edilib ki, E.Həşimli bu müddət ərzində 2.539.500 manat pulu Möhkəm Səmədovdan alıb. Həmin pulun cəmi 480 min manatını qazanc adı ilə geri qaytarıb.

İttihama görə E.Həşimli 2 milyon 59 min 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Bu əməlinə görə ona qarşı Cinayət Məcələsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə Elvin Həşimlinin atası Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisidir. Yerli mediada yayılan başqa bir məlumatda isə Elvin Həşimlinin qayınatasının millət vəkili Elman Məmmədov olduğu qeyd edilir.

Məhkəmə araşdırması hakim Azad Məcidovun sədrliyi ilə davam edir.



Xəbərin oxunma sayı : 1180




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap