“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ekmələddin İhsanoğlu Prezident İlham Əliyevə məktub göndərdi – MƏTN

Tarix 15.10.20, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.

Məktubda deyilir:

“Zati-aliləri,

Ermənistanın Azərbaycanın Gəncə şəhərində və digər rayonlarında mülki insanlara qarşı həyata keçirdiyi mənfur hücumları dərin kədər və narahatlıq hissi ilə izləyirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi beynəlxalq və humanitar hüququn belə aşkar və qeyri-legitim şəkildə pozulması məni çox narahat edir. Bizə tariximizin ən dahi şairlərindən birini bəxş edən və adı bu Mərkəzin bütün üzvləri üçün qürur mənbəyi olan qardaş Gəncənin sakinlərinə insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 9-cu Baş katibi vəzifəsində olarkən təşkilatın bütün üzv dövlətlərini Ermənistanın təcavüzünə və işğalına qarşı lazımi tədbirlər görməyə çağırmışam, bir sıra mühüm qətnamələr qəbul etmişəm. Bu qətnamələrə əsasən, İƏT-in 57 üzv dövləti Ermənistanın təcavüzkar və işğalçı olduğunu təsdiqləyib və qəbul edib, hərbi təcavüzün qurbanlarına maliyyə və iqtisadi yardım etmək öhdəliyi götürüb, nəhayət, Azərbaycan ərazisindəki İslam dininə aid tarixi abidələrin məhv edilməsini pisləyib.

Zati-alinizin müdrik rəhbərliyi sayəsində bu gün Azərbaycan işğal altındakı torpaqlarının əhəmiyyətli hissələrini azad etməkdə davam edir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünya ictimaiyyətinin bu münaqişə ilə bağlı məlumatlandırılmasında fəal rol oynamasından qürur duyuram. Əminəm ki, Mərkəz dinamik şəbəkəsi vasitəsilə Azərbaycanın haqq işini beynəlxalq forumlarda uğurla təqdim edəcəkdir.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, davamlı və əhəmiyyətli uğurlar arzulayıram”.



Xəbərin oxunma sayı : 736




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap