“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Elmi Tədqiqat Pedriatriya İnstitutunda nələr baş verir? - Nazirə şikayət

Tarix 10.08.20, 12:51

Font ölçüsü : - / +
bitmap-img6


Elmi Tədqiqat Pedriatriya İnstitutununda çox saylı dələduzluq cinayətləri həyata keçirilib...

Direktor Nəsib Quliyev Elmi Tədqiqat Pedriatriya İnstitutununu yaxın qohumlarının "yaylağına" çevirib və bu tibb mərkəzində dələduzluq ayaq tutub yeriyir. 

Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, çoxsaylı dələduzluq faktlatrı ilə bağlı vətəndaşlar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

Saytımıza verilən məlumatda qeyd edilir ki, K.Fərəcova adına Elmi Tədqiqat Pedriatriya İnstitutunda baş verən özbaşınalıqlar, azyaşlı uşaqların müalicəsi adı altında vətəndaşların soğan kimi soyulması hər kəsə məlum olsa da institutun rəhbərliyi və işçiləri tərəfindən həyata keçirilən özbaşınalıqlar qarşısı alınmaz hala gəlib. 

Belə ki, Bakı şəhərinin Yasamal, Binəqədi, Nərimanov və digər Rayon Polis İdarələrinə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə edilən şikayətlərdən sonra məlum olmuşdur ki, K.Fərəcova adına Elmi Tədqiqat Pedriatriya İnstitutunun direktoru Nəsib Quliyevin yaxın qohumları olan Nazim Hümbətov, Zərifə Hümbətova, Natavan Hümbətova, Türkan Məmmədova, Hicran İsmayılova, Rza Məmmədov və Əfruzə Cəbiyeva, həmçinin K.Fərəcova adına Elmi Tədqiqat Pedriatriya İnstitutunun işçiləri Lalə Mövsümova, Şuşaxanım Cəfərova, Xatirə Tahirova, Sənubər Quliyeva və Səbinə Mansurova tərəfindən çoxsaylı insanlara qarşı etibardan sui-istifadə etməklə törədilmiş dələduzluq cinayətləri, bu cinayətlərin həyata keçirilməsi zamanı əllərində olan imkanlardan istifadə edərək həyata keçirdikləri hədə-qorxu ilə tələb etmə cinayətləri, vəzifəli şəxsin adından istifadə etmə və digər cinayət əməlləri törədilmişdir. Bütün bu cinayətlər Səhiyyə Nazirliyinin balansında olan Elmi Tədqiqat Pedriatriya İnstitutunun inzibati binasında baş vermişdir. 

AzFakt.com-a daxil olan məlumata görə hazırda hüquq mühafizə orqanlarında Elmi Tədqiqat Pedriatriya İnstitutunda baş verən cinayətlə bağlı araşdırma aparılır və yaxın günlərdə tibb işçiləri tərəfindən həyata keçirilən bu cinayət əməllərinin həyata keçirilməsində başqa şəxslərin o, cümlədən K.Fərəcova adına Elmi Tədqiqat Pedriatriya İnstitutunun rəhbərliyinin də maraqlarının olub-olmadığı üzə çıxacaq. 

Qeyd edək ki, baş verən cinayət əməlləri iki ilə yaxındır ki, davam etmiş, lakin bu bu əməlləri törədən işçilər barəsində heç bir tədbir görülməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, törədilmiş cinayətlərdən K.Fərəcova adına Elmi Tədqiqat Pedriatriya İnstitutunun rəhbərliyinin xüsusilə də direktor Nəsib Quliyevin məlumatı olmuşdur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 3274




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap