![]() |
|














Fars körfəzində III dünya savaşı yetişir – Trampa bu savaşda qələbə gərəkdir
Tarix 25.07.19, 10:45 |
|

ABŞ-da start götürən seçki kampaniyası Donald Tramp administrasiyasının açıqca tamdəyərli savaşa təhrik etdiyi İranla bu ölkənin münasibətlərinin kəskin sərtləşdiyini göstərir. Ştatların elektoratının Yaxın Şərqdəki “ümumi düşmənə” qarşı səfərbərliyi “yeni mühafizəkarlar”a əlverişlidir.
Bir tankeri ələ keçirib, ikincisinə cəhd ediblər
Fars körfəzindəki durum sürətlə yeni savaşa doğru hərəkətlənir. Amerikanın USS “Boxer” (LHD-4) esminesi iyulun 18-də İranın Hörmüz boğazı üzərində səmada keşik çəkən pilotsuzunu vurub. Növbəti gün isə cavabında İran İnqilab Qvardiyasının döyüşçüləri xüsusi əməliyyat keçirib və Britaniyanın “Stena Impero” neft tankerini ələ keçiriblər.
Sonra həmin sularda başqa bir tankerin də – Liberiya bayrağı altında üzən “Mesdar”ın ələ keçirildiyi haqda məlumat gəlib. Amma göyərtəyə, vur-tut, silahlı adamlar qalxıb, bir neçə saatdan sonra gəmini tərk ediblər. Amma, budur, göyərtəsində müxtəlif ölkələrdən (Hindistan, Rusiya, Latviya və Filippin) 25 heyət üzvü olan “Stena Impero” Hörmüzqan əyalətində İranın ərazi sularına göndərilib.
Təbii, İranın hərəkətləri Britaniya isteblişmenti təmsilçiləri arasında qəzəb doğurub. Məsələn, Böyük Britaniya Gəmiçilik Palatasının sədri Bob Sanginetti Fars körfəzindən keçən ticarət gəmilərini qorumağı gücləndirməyə çağırıb.
Tehran Britaniya tankerinin saxlanmasının rəsmi səbəblərini indiyədək göstərməyib. Guya, o, beynəlxalq üzmə qaydalarını pozaraq izləmə sistemini ayırıb və İranın balıqtutan gəmisini taranlayıb.
Çox ehtimal ki, İranın hərəkəti Londonun hərəkətinə reaksiya olub: Britaniya dəniz piyadaları ayyarım qabaq Hibraltarda İran tankerini ələ keçiriblər. Britaniya hökuməti o zaman bildirib ki, neft tankerinin heyəti Avropa Birliyinin Suriyaya istənilən neft tədarükünə qarşı qoyduğu sanksiyaları pozub. Cəbəllütariq Ali Məhkəməsi iyulun 19-da qərar verib ki, İran tankeri daha 30 gün saxlanmalıdır. Bu da Tehranın qəzəbini doğurub. Nəticədə Britaniyanın bir tankerini ələ keçirməyə və digərini götürmək cəhdinə dönüb.
Qərbdə neokonların “kiçik qələbə savaşı” istəyi
Karnegi Fondunun baş elmi işçisi Kərim Səcadpur hesab edir ki, (Köhnə Dünyada İranla 2015-ci il “nüvə sazişi”ni saxlamağı tələb edən, az qala, sonuncu dövlət) Böyük Britaniya ilə ikitərəfli münasibətlərin kəskinləşməsi İrana əlverişli deyil.
Səcadpurun fikrincə, əslində, tankerlərlə insident Böyük Britaniyanı şantaj etmək cəhdidir. Hansı ki, öz növbəsində “nüvə sazişi”ni saxlamaqda ABŞ-a basqı göstərmək durumundadır.
İstənilən halda bu məsələdə əsas oyunçu bölgəni qabacasına yeni savaşa hərəkətləndirən ABŞ olaraq qalır. Bu, hər şeydən qabaq, 2020-ci il prezident seçkilərini udmaq niyyətində olan Donald Trampın ən yaxın çevrəsindəki respublikaçı neokonlara əlverişlidir.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, hər şeydən əvvəl, xüsusən də bu hədəfi nəzərdə tutaraq gizlətmir ki, bütün vasitələrlə İran siyasi rejiminin çöküşünə nail olacaq. Bu da Trampın sözsüz və önəmli xarici siyasət qələbəsi kimi görünəcək.
Deyəsən, İranı dəfələrlə “terrorun baş qaynağı” adlandıran Bolton üçün Tehranda rejimi dəyişdirmək fiks ideyadır. Hesab olunur ki, Amerikanın iki esminesi məhz onun təşəbbüsü ilə Hörmüz boğazına yerləşdirilib. Müşavir indi isə Trampdan İrana qarşı “boğucu” sanksiyalara da israrla nail olmağa çalışır. Belə ki, savaş başlamaq üzrədirsə, onu başladan adamın adını dəqiq biləcəyik.
Professor Roşin: “Savaş günbəgün yaxınlaşır”
– İran dənziçiləri tərəfindən Britaniya tankeri saxlandıqdan sonra Körfəzdə aşıqca yeni savaşın başlanğıcına yaxınlaşırıq. Bu dəfə İranla. İranlıların sözlərinə görə, “Stena Impero” tankeri saxlanıb, çünki guya İranın ərazi sularına qanunsuz girib. Amma biz bilirik ki, Fars körfəzində son zamanlar tankerlərlə bağlı problemlər sıxlaşıb, – Rusiya EA Şərqşünaslıq İnstitutunun baş elmi işçsi, professor Mixail Roşin “Svobodnaya pressa”ya danışır. – Amerikalılar savaş üçün yeni koalisiyanı fəal toplamağa başlayıblar. Və həmişəki kimi, Britaniya ona birinci qoşulmağa hazırdır. Bu zaman, bəlli olduğu kimi, növbətçi qaydada Rusiyanın ünvanına ittihamlar yağıb. Nə qədər ki Britaniya hökumətinə Tereza Mey başçılıq edir, bu, təəccüblü deyil.
– Bir ay əvvəl həmin en dairələrində Norveç və Yaponiya tankerlərinə hücumdan sonra tezliklə savaşın başlanacağını proqnozlaşdırmışdınız…
– Və Fars körfəzində savaş gündən-günə daha gerçək olur. Sual onun haçan başlayacağındadır. Hansı miqyasları alacaq? Və Rusiya, Çin, son zamanlar müstəqil mövqe tutmağa çalışan Avropa Birliyi buna necə yanaşacaq? İranla çətinlik Avropa Birliyinə dəqiq gərək deyil. Britaniyalıların AB-i də antiiran sanksiyaları qoymağa vadar etməyi isə qəribədən də qəribə görünür. Xüsusən də belə bəyanatlar Britaniyanın öz postunu tərk edən və ancaq iflaslı siyasəti ilə yadda qalan baş naziri Tereza Meyin ağzından səslənərkən.
– Savaş başlanarsa, fikrinizcə, bu, Rusiyaya hansı şəkildə təsir edə bilər?
– Bu savaş Rusiyaya qətiyyən gərək deyil. Xüsusən də Suriya münaqişəsinin qurtarmadığı, amma başa çatdığı bir şəraitdə. Yaxın Şərqdəki yeni siyasi tərtibdə İranın yerini heç kimlə əvəzləmək olmaz. İran Rusiyanın Suriyada ekstremistləri məhv etməyə xeyli səy qoyan qəliz, amma önəmli müttəfiqidir.
Və mənə hələ də aydın deyil, Rusiya barışmazları – İran və ABŞ-ı necə barışdıra bilərdi? İran rəhbərliyini açıqca durmadan və bilərəkdən düşünülməmiş hərəkətlərə təhrik edən amerikalılarla farsları?
Anton Çablin
svpressa.ru, 23.07.2019
Tərcümə Strateq.az-ındır.
Xəbərin oxunma sayı : 508
Analiz
Xəbərlər
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
-
Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik - Ərdoğan
-
Köməksiz qalan azyaşlı xilas edildi - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
-
İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı - FOTO
-
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - “Al Arabiya”
-
“Rusiyanı şərtsiz dəstəkləməyə davam edəcəyik” - Kim Çen In
-
34 mindən çox abituriyent imtahan verdi - 5 nəfərdə mobil telefon aşkarlanıb
-
“Avropanın ölkəmizə “demokratiya dərs”i keçməsi qəbulolunmazdır“ - “Gürcü Arzusu”
-
Polis istirahət zonalarında fasiləsiz xidmət aparır - FOTOLAR
-
Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərə yağış yağacaq - Sabahın havası
-
Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur? - VİDEO
-
“Yolunu azmış” oğul Kral ailəsinə qayıdır? - Londonda gizli görüş
-
Dizel və 92 oktanlı benzin bahalaşacaq? - Açıqlama
-
Bakıda yol-nəqliyyat hadisəsi oldu - Tıxac yarandı
-
Saray qəsəbəsində sexdə yanğın olub - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb - XƏBƏRDARLIQ
-
“Bir gecədə 36 Ukrayna PUA-sını məhv etmişik” - Rusiya MN
-
“Prezident olmaq çox təhlükəli işdir” - Tramp
-
Azərbaycanlılar ən çox bu ölkəyə gedir - Səbəb nədir?
-
İran İsrailə qarşı nüvə silahından istifadə etməyə hazırdır - Netanyahu
-
Qaynı qızını xəstə oğlu üçün oğurladı, polis yolda yaxaladı - İmişlidəki cinayətin TƏFƏRRÜATI
-
Bu ərazilərdə 5 gün qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Manatın sabitliyinin gücü və riskləri: Sabit, yoxsa üzən məzənnə?
-
Avtobuslar niyə yolun ortasında dayanır? - VİDEO
-
Prezident İlham Əliyev Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
TOP 10
ARXİV