“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Fransada müəllimlərin ümummilli tətili başlayır - VİDEO

Tarix 13.01.22, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyada hər gün təxminən 400 nəfər koronavirusdan ölür, beləliklə, “Omikron” variantının yayılması fonunda ölüm nisbəti son 11 ayda ən yüksək səviyyəyə çatıb. Yeni yoluxmaların sayı da artmaqdadır.

“Omikron” “Delta”dan daha yüngül xəstəliyə səbəb olsa da, xüsusilə peyvənd olunmamış insanlar üçün təhlükəli virus olaraq qalır”, - deyə ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Danimarka da “Omikron” variantı ilə rekord sayda yoluxma qeydə alınıb - orada artıq əhalinin həssas təbəqələrinə peyvəndin dördüncü dozasını təklif edirlər.

Daha əvvəl Avropa Dərman Agentliyi tez-tez gücləndirici peyvəndin mümkün təhlükələri barədə xəbərdarlıq edərək, indiyə qədər belə bir yanaşmanın zəruriliyini təsdiqləyən məlumatların olmadığına işarə etdi.

COVID-19 məhdudiyyətlərinin yeni dalğasından iqtisadiyyat əziyyət çəkir. Xərcləri minimuma endirmək üçün İsveçrə karantinin müddətini iki dəfə - beş günə qədər azaltmaq qərarına gəlib. Səlahiyyətlilərə görə, “Omikron” variantında yoluxma və virusun ötürülməsi arasında daha qısa müddət var.

Fransada isə cümə axşamı günü müəllimlərin ümummilli tətili başlayır. Onlar daim dəyişən anti-COVID qaydalarından usandıqlarını deyirlər. Potensial infeksiya halları üçün çoxsaylı test və təcrid tələbləri dərslərə təsir edərək, öyrənmə prosesini pozur.







Xəbərin oxunma sayı : 829




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap