Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Gözəllik salonlarında bunlar qadağan olunur - VİDEO

Tarix 05.02.25, 12:06

Font ölçüsü : - / +
bitmap-img6


Gözəllik mərkəzlərində bir çox prosedurlar Səhiyyə Nazirliyi tərəfindən qadağan olunur. Artıq bununla bağlı xəbərdarlıq da edilib.

AzFakt.com  "Xəzər Xəbər"ə istinadən bildirir ki, tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla, inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası, o cümlədən lazer üsulu epilyasiya, müalicəvi masaj üsulları və digər prosedurlar qadağan olunur. Bu prosedurların icra olunduğu müəssisələr isə qadağa ilə barışmırlar.

Həkim kosmetoloq Nigar Sultanovanın sözlərinə görə, bu prosedurlardan harada və necə gəldi istifadə onları da narahat edir. Amma bu qadağaların hər kəsə şamil olunması düzgün deyil.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi Xəyalə Əliyevanın sözlərinə görə, prosesləri həyata keçirən özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər.

Qeyd edək ki, gözəllik mərkəzləri sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Sahibkar subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq icraata göndərilir.

Daha ətraflı videoda:










Xəbərin oxunma sayı : 787




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap