Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

General rütbəsi verilən hərbiçilər kimlərdir? - FOTO + DOSYE

Tarix 07.11.25, 17:52

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin sərəncamı ilə bir qrup hərbçiyə ali hərbi rütbələr verilib.

Modern.az yeni rütbə verilən hərbçilərin kim olduğunu araşdırıb.

“General-leytenant” ali hərbi rütbəsi verilən Kənan Seyidov Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun Komandanıdır. O, 1974-cü il dekabr ayının 23-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib. O, həmçinin "Cəbrayılın azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

“General-leytenant” ali hərbi rütbəsi verilən digər hərbçimiz Ağamir Sultanov isə Raket və Artilleriya Qoşunlarının komandanıdır. O, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edib. "Rəşadət" ordeni (2023), "Heydər Əliyev" medalı (2023) kimi bir çox təltifləri var.

Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədova ali hərbi rütbə verilib. 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədov “kontr-admiral” ali hərbi rütbəsinə layiq görülüb.

Şahin Məmmədova 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb. O, 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.

2024-cü ildən yenidən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb.

"General-mayor" rütbəsi verilən Ümüdvar Quliyev isə Heydər Əliyev adına Hərbi İnstitutun rektorudur. İmişli rayonunun Oruclu kəndində anadan olan Ümüdvar Quliyev 2001-ci ildə Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbini, 2016-cı ildə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.

Vətən müharibəsinin iştirakçısı olan zabit Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunmasında qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsi nəzərə alınaraq "Qarabağ" ordeni, "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

General-mayor rütbəsi verilən Etibar Məhərrəmov isə Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini, Qərargah rəisidir. O, Laçın rayonunun Sus kəndindəndir və 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. E.Məhərrəmov müharibədə göstərdiyi xidmətlərə görə “Azərbaycan Bayrağı”, “Vətən uğrunda” və digər medallarla təltif edilib.

General-mayor Anar Hüseynova da Müdafiə Nazirliyinin hərbçisidir. O, daha əvvəl "İgidliyə görə", "Vətən uğrunda” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Eyni rütbə verilən Zaur Yusifli isə Hərbi Hava Qüvvələrinin zabitidir.



Xəbərin oxunma sayı : 211




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap