“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

ATF bir həftədə ikinci tenderi qazandı - Göyçayda milyonluq küçə təmiri

Tarix 29.11.24, 19:59

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün əvvəl Ağsu Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderdə qalib olan ATF MMC daha bir sifariş alıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkət bu dəfə Göyçay Rayon İcra Hakimiyyətinin Göyçay şəhərinin küçə və dalanlarında asfalt örtüyünün əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

İcra Hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 063 558,4 manatdır. 

Məlumat üçün deyək ki, Ağsu Rayon İcra Hakimiyyətinin tenderi yolların təmiri ilə bağlı olub. ATF MMC eyni vaxtda təmir işlərini həyata keçirə biləcəkmi? Bu sualın cavabı açıq qalır. Çünki maddi-texniki bazasının hansı səviyyədə olması bəlli deyil. Bu barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. 

ATF MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur. Şirkətin adı Təbriz Muradov və qardaşları Azad Muradovla Fəxrəddin Muradovun adının baş hərflərinin birləşməsidir. 

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevdir. O, 2022-ci ildən rayona rəhbərlik edir. 



Xəbərin oxunma sayı : 778




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap