“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Hansı ölkə nüvə silahlarına nə qədər pul xərcləyib? - Siyahı

Tarix 10.06.26, 18:49

Font ölçüsü : - / +
bitmap-img6


Dünyanın nüvə silahına malik doqquz dövləti 2025-ci ildə arsenallarına, ümumilikdə, 119 milyard dollar xərcləyib.

Yeniavaz.com xəbər verir ki, bu məlumat Nüvə Silahlarının Ləğvi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) dərc etdiyi yeni hesabatda yer alıb.
Bildirilir ki, bu, əvvəlki illə müqayisədə təxminən 19 faiz artım deməkdir və son illərin ən yüksək göstəricisi hesab olunur.

Qeyri-hökumət təşkilatlarının koalisiyası olan qurum 2020-ci ildən etibarən nüvə silahlarına ayrılan illik vəsaiti izləyir. Hesabata görə, 2025-ci ildə qeydə alınan artım monitorinqin aparıldığı dövrdə ən yüksək göstərici olub.
Araşdırmada nüvə silahına malik doqquz dövlət – ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, Şimali Koreya və İsrail nəzərdən keçirilib.

Hesabata əsasən, 2025-ci ildə ən böyük xərci ABŞ edib. Vaşinqton nüvə arsenalına 69,2 milyard dollar ayırıb ki, bu da digər bütün nüvə dövlətlərinin ümumi xərclərini üstələyir. ABŞ-də nüvə silahlarına ayrılan vəsait bir il ərzində 22 faiz artaraq rekord həddə yüksəlib.

Siyahıda ikinci yerdə Çin qərarlaşıb. Pekin 2025-ci ildə nüvə arsenalına 13,5 milyard dollar sərf edib. Bu, əvvəlki illə müqayisədə 7 faizlik artım deməkdir.
Diqqət çəkən məqamlardan biri isə Böyük Britaniyanın nüvə xərclərinə görə Rusiyanı geridə qoyması olub. Böyük Britaniyanın nüvə arsenalına ayırdığı vəsait 17 faiz artaraq 12,6 milyard dollara yüksəlib. Rusiyada isə bu göstərici 6 faiz artımla 9,5 milyard dollar təşkil edib.

2025-ci ildə nüvə silahlarına sərf olunan vəsaitin ölkələr üzrə siyahısı belə olub:
ABŞ – 69,2 milyard dollar (+22%);
Çin – 13,5 milyard dollar (+7%);
Böyük Britaniya – 12,6 milyard dollar (+17%);
Rusiya – 9,5 milyard dollar (+6%);
Fransa – 7,7 milyard dollar (+8%);
Hindistan – 2,8 milyard dollar (+12%);
Pakistan – 1,5 milyard dollar (+18%);
İsrail – 1,2 milyard dollar (+2%);
Şimali Koreya – 656 milyon dollar (+4%).



Xəbərin oxunma sayı : 1126




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap