![]() |
|














Hədəfə doğru növbəti addım: Kremlin dəyişən baxışı - TƏHLİL
Tarix 21.04.24, 16:25 |
|

Xalq olaraq növbəti tarixi anlara şahidlik etməkdəyik. 2020-ci il müharibəsindən sonra Azərbaycanın suveren ərazilərinə yerləşdirilən Rusiya sülhməramlı qüvvələri artıq ölkəmizi tərk etməyə başlayıb. Özü də vaxtından əvvəl...
Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.
Birincidə itirdik, ikincidə isə...
Son 30 ildə postsovet məkanında Azərbaycan yeganə ölkədir ki, Rusiyaya məxsus hərbi birləşmələri iki dəfə beynəlxalq səviyyədə tanınan ərazilərindən çıxartmağa nail olub. Əgər müstəqilliyimizin ilk illərində Rusiya hərbi bazalarının çıxarılması ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın və məcburi köçkün ordusunun yaranması hesabına başa gəldisə, budəfəki prosesdə qeyd olunanların tam əksinin şahidi olduq. Artıq ölkəmizdə separatizm və etnik qarşıdurma təhlükəsi sıfırlanıb. Ərazilərimiz işğaldan tam azad edilib, sərhədlərimiz bütövləşib. Azərbaycan suveren ərazilərində qanunun aliliyinin təmin edilməsində üçüncü qüvvələrin yardımına ehtiyac duymur. Təbii ki, 30 il əvvəlki ilə indiki Rusiya arasında elə də ciddi fərq yoxdur. Sovet İttifaqının dağılması, ərazisində müharibənin getdiyi o zamanın Rusiyası ilə Ukraynada müharibəyə cəlb edilən indiki Rusiyanın düşdüyü beynəlxalq vəziyyət eynidir. Dəyişən sadəcə Azərbaycandır, xalqın müdrik seçimi, həmrəyliyi və müzəffər Ali Baş Komandana, dahi liderə sahib olmasıdır.
Kremlin dəyişən baxışı
Əgər müstəqilliyimizin ilk illərində Moskva ölkəmizə özünün keçmiş müstəmləkəsi kimi yanaşırdısa, indi vəziyyət tam fərqlidir. İki ölkə arasında qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və bir-birinin milli maraqlarını nəzərə alaraq məsələləri diplomatik danışıqlar yolu ilə həll etməyi hədəfləyən siyasi iradəyə əsaslanan ikitərəfli münasibətlər mövcuddur. Alınan qərarlar məhz bu prinsiplərə söykənir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də vurğuladığı kimi “2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.
Hədəfə doğru addım-addım
Təbii ki, 2020-ci ildə əldə edilmiş tarixi zəfərdən sonra ölkəmizin qarşısında dayanan başlıca vəzifə bütün ərazilərimiz üzərində suverenliyimizin tam təmininə nail olmaq idi. Rusiya sülhməramlıları bu istiqamətdə başlıca əngəllərdən biri kimi dəyərləndirilirdi. Bir neçə il əvvəl geosiyasi və beynəlxalq məqamları nəzərə alan rəsmi Bakı rus sülhməramlılarının ərazimizdə müvəqqəti yerləşdirilməsinə razılıq verdikdə müəyyən tənqid hədəflərinə də tuş gəlirdi. Lakin keçən müddət ərzində biz tamamilə başqa mənzərənin şahidi olduq. Mövcudluqları zamanı istər separatçılarla yaxın münasibətlərin qurulması, istərsə də qanunsuz silah daşımaları ilə bağlı iradlar ən ali səviyyədə açıq şəkildə bəyan edildi. Həyata keçirilən “Qisas”, Fərrux əməliyyatları, Laçın yolunda gömrük nəzarət postunun qurulması hələ o zamandan Bakının siyasi iradə və qətiyyətinin göstəricisi kimi dəyərləndirildi. Zaman göstərdi ki, Azərbaycan qarşısına qoyduğu hədəflərə addım-addım, səbirlə, lakin inam və qətiyyətlə addımlayır. Unutmayaq ki, rus sülhməramlılarının Qarabağda yerləşdirilməsini nəzərdə tutan üçtərəfli bəyanatda konkret müddətin əksini tapması məhz İlham Əliyevin israrı və qətiyyəti nəticəsində mümkün olmuşdu.
Dünyanın hesablaşdığı lider
Bir reallığı da xüsusi qeyd etməliyik. Azərbaycan tam müstəqil siyasət yürüdür və heç bir qüvvə onun iradəsinə, mövqeyinə təsir edə bilməz. Qərb aləminin Ermənistana tam dəstəyini ifadə etdiyi Brüssel görüşü ərəfəsində dünyanın ən böyük dövlətini faktiki olaraq idarə edən ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək məsələni müzakirə etməsi, ardınca dünyaya meydan oxuyan Rusiya Prezidenti Vladimir Putinin sülhməramlı qüvvələrin ölkəmizdən dinc şəkildə çıxması ilə razılaşması Azərbaycanın dövlət başçısının beynəlxalq aləmdəki nüfuz və təsir imkanlarının, avtoritetinin göstəricisidir.
“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”
Bəli. Artıq Azərbaycanın istər qonşu, istərsə də beynəlxalq səviyyədə ayrı-ayrı dövlətlərlə qarşılıqlı münasibətlərinə mənfi təsir göstərən Qarabağ problemi mövcud deyil. Bu problemin aradan qalxması regional əməkdaşlıq, sülh və sabitliyin təmini yoluna da yaşıl işıq yandırıb. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq meydana çıxan bu reallıq özlüyündə problem kimi görünən digər məsələlərin də təmkin və qarşılıqlı əməkdaşlıq fonunda həllinə imkan verib. Elə Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılması prosesinə başlanılması kimi. Azərbaycan xalqı 30 illik münaqişənin yaratdığı çətinliklərin üç il kimi qısa bir müddətdə ardıcıl olaraq milli maraqlarımıza, təhlükəsizliyimizi təhdid edən çağırışlara cavab olaraq ortadan qaldırılmasının əyani şahididir. Bu xronoloji ardıcıllıq Azərbaycan Prezidentinin məşhur “nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” bəyanatının əməli addımlarla nə dərəcədə uzlaşdığını, zərgər dəqiqliyi ilə üst-üstə düşdüyünün isbatıdır. Artıq müstəqil Azərbaycan dövlətinin suveren ərazilərində yad ölkələrin heç bir hərbi birləşməsi olmayacaq. Bu reallıq dünyanın ayrı-ayrı ölkələrindən rus hərbçilərinin çıxmasını israrla tələb edən, hansısa ölkəyə hərbi müdaxilə zamanı Moskvaya qarşı ardıcıl sanksiya qərarları verən ABŞ, ermənidən daha çox erməni olmağa çalışan Fransa və digər Qərb dövlətləri, eləcə də tarixi qələbələrimizə hər vəchlə kölgə salmaq istəyən sapı özümüzdən olan baltalara ən layiqli cavabdır.
Xəbərin oxunma sayı : 1198
Analiz
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV