Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Həkimləri söyən valideyn həbs edildi - Xəstəxanada insident

Tarix 17.08.22, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhər Yasamal rayonunda yerləşən Respublika Uşaq Xəstəxanasında insident olub.

AzFakt.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, övladını xəstəxanada müalicə etdirən Ağcabədi rayon sakini, 1972-ci il təvəllüdlü Ə.X (şərti adlı) sərxoş halda oraya gələrək səs-küy salıb. Övladının müalicəsindən narazı olan valideyn həkimlərin ünvanına təhqiramiz sözlər işlədib, qışqıraraq söyüş söyüb. Bundan sonra xəstəxanada xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq hərəkətlərinə son qoymasını tələb edib. Sərxoş halda olan Ə.X. mübahisəyə davam etdiyindən xəstəxanaya digər polis əməkdaşları dəvət edilib.

50 yaşlı şəxs saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xuliqanlıq, polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib. Saxlanılan şəxs tərtib edilmiş protokolla birgə Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 10 sutkalıq inzibati həbs cəzası təyin edilib.



Xəbərin oxunma sayı : 790




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap