“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Həmin ərazidə söküntü başlayır - Kvadratına 2500 manat

Tarix 26.01.26, 14:12

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıtda şəhərində şəhərsalma və təhlükəsizlik tədbirləri nəticəsində beş ünvanda söküntü işlərinin aparılması planlaşdırılır...

Poliqon xəbər verir ki, həmin ərazilər şəhərin 4-cü, 15-ci, 16-cı, 17-ci, 21-ci məhəllələrdə yerləşən və istismar müddətini başa vuran binalar söküləcək.

İrimiqyaslı yeni urbanizasiya layihəsinin icrası çərçivəsində Çin investorlarının Sumqayıta sərmayə yatıracağı, mövcud yaşayış massivlərində yerləşən taxta "fin evləri"nin söküləcəyi və ərazidə tamamilə yeni şəhərcik salınacağı bildirilir. Məlumata görə, layihə şərti olaraq "Şanxay" adı ilə tanınacaq. Yeni şəhərcikdə müasir tipli çoxmərtəbəli yaşayış binaları, AVM (alış-veriş mərkəzi), əyləncə və istirahət zonaları, həmçinin sosial infrastrukturların - məktəb, uşaq bağçası və ictimai xidmət obyektlərinin yaradılması nəzərdə tutulur.

Sakinlərə hansı məbləğdə kompensasiya verilə bilər?

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, ilkin hesablamalar aparmışıq:

"Mən hesab edirəm ki, Sumqayıt ərazisində yerləşməsindən asılı olaraq, bir kvadratmetr üçün kompensasiya məbləğinin təqribən 2000-2500 manat civarında olması məqsədəuyğundur. Hazırda mövcud qiymətləndirmələrdə bu rəqəm təxminən 1500 manat təşkil edir ki, qeyd edilən məbləğlə həmin ərazilərdə yeni mənzil almaq mümkün deyil. Çünki bu, yalnız qəzalı binanın mövcud bazar dəyərini əks etdirir. Lakin kompensasiya məbləği 2000-2500 manat aralığında müəyyən olunarsa, Sumqayıt ərazisində yeni tikililərdən mənzil əldə etmək mümkün ola bilər.

Kompensasiya verilməsi zamanı bir şərtin tətbiq olunmasını da məqsədəuyğun hesab edirəm. Belə ki, verilən kompensasiya məbləği ilə Sumqayıt sakinləri yalnız Sumqayıt şəhəri ərazisində mənzil almaq hüququna malik olsunlar. Çünki vətəndaşların başqa şəhərlərə köçməsi ehtimalı da mövcuddur. Sumqayıt inkişaf etməli, böyüməli və ölkənin əsas şəhər, sənaye mərkəzlərindən biri kimi mövqeyini gücləndirməlidir.

Əgər köhnə binaların yerində parklar salınacaq və ya yollar genişləndiriləcəksə, bu halda sakinlərə kompensasiya ödəniləcək. Həmin kompensasiya məbləği vətəndaşlara ən azı bir kilometr radiusda yerləşən yeni tikililərdən mənzil əldə etməyə imkan yaratmalıdır.

Proses artıq başlayıb. Əldə etdiyimiz məlumatlara görə, ilkin mərhələdə bir sıra ərazilərdə bina sakinləri məlumatlandırılıblar".

PoliqSumqayıtda şəhərində şəhərsalma və təhlükəsizlik tədbirləri nəticəsində beş ünvanda söküntü işlərinin aparılması planlaşdırılır. 



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap