“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Tramp xüsusi bəyanatla çıxış edəcək - Xamenei isə bunkerdə gizlənib

Tarix 26.01.26, 13:55

Font ölçüsü : - / +
bitmap-img6


İran növbəti hərbi müdaxilənin astanasındadır. Hadisələrin gedişi göstərir ki, ABŞ ordusu İsrailin dəstəyilə yaxın zamanda İrana hücum edəcək.

Bu arada Tehran, Əhvaz və Məşhəddə partlayışlar qeydə alınıb. Bu haqda mətbuatda və sosial şəbəkələrdə məlumatlar yayılıb. Lakin hədəflər barədə konkret məlumatlar verilmir.

Son məlumatlara görə, ABŞ-nin "Avraham Linkoln" təyyarədaşıyan qrupu İran sahillərinə çatıb. Həmçinin, ABŞ Prezidenti Trampın mühüm bəyanatla çıxış edəcəyi gözlənilir.

Qeyd olunur ki, hələ 12 günlük müharibə zamanı İsrail Xameneini öldürməyi ciddi şəkildə nəzərdən keçirirdi. İsrail kəşfiyyatı təhlükəsiz obyektlər şəbəkəsinin mövcudluğundan xəbərdar olaraq onun yerini fəal şəkildə axtarırdı. İsrail mediasının məlumatına görə, hazırda ABŞ-nin mümkün hücumu gözlənildiyi üçün İranın Ali Lideri Əli Xamenei İsrail ilə 12 günlük müharibə zamanı özünün və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli üzvlərinin istifadə etdiyi bunkerlər şəbəkəsindən istifadə edir. O, bir yeraltı sığınacaqdan digərinə köçür. Qeyd olunur ki, Xamnei bir-biri ilə əlaqəli tunellər şəbəkəsi olan möhkəmləndirilmiş yeraltı kompleksdədir. İsrail mediası ən təhlükəsiz bunkerlərdən birinin yerləşdiyi və Xamneinin ailəsi ilə birlikdə köçdüyü xüsusi bir ərazini - Lavizanı (Tehranın şimal-şərqi) göstərir. Bu bunkerlər şəbəkəsi təxminən 90-100 metr dərinlikdə yerləşir. Fordodakı nüvə obyektindən daha təhlükəsiz hesab olunur və beton deşici bombaların birbaşa zərbələrinə davam gətirmək üçün nəzərdə tutulub.

Beləliklə, yaxın günlərdə İrana qarşı kütləvi hücumun şahidi ola bilərik. Zamanında İrandakı etirazlara lazımi dəstək göstərməyən Qərbin və xüsusilə ABŞ-nin bu hücumla nəyə nail olmaq istədiyini isə zaman göstərəcək.

 “AzPolitika.info”



Xəbərin oxunma sayı : 151




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap