“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Alternativ dəhliz Gürcüstan üçün təhlükə yaratmır” - Kobaxidze

Tarix 23.01.26, 10:31

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın Baş naziri İrakli Kobaxidze alternativ nəqliyyat dəhlizlərinin ölkənin tranzit roluna təhlükə yaratmadığını bildirib.

Baş nazir bunu “İmedi TV”yə müsahibəsində deyib.

Kobaxidzenin sözlərinə görə, alternativ dəhlizin risk yaratmadığını sübut edən əsas göstəricilərdən biri Orta Dəhliz üzrə yükdaşımaların son beş ildə 7 dəfə artmasıdır.
Kobaxidze vurğulayıb ki, bu dinamika Gürcüstanın tranzit potensialının gücləndiyini açıq şəkildə nümayiş etdirir.
Gürcüstan mətbuatı yazır ki, məsələ Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan dəhlizi ilə daşınan yüklərin gələcəkdə Ermənistan üzərindən keçə biləcəyi ilə bağlı açıqlamasından sonra gündəmə gəlib. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan yüklərin Azərbaycan ərazisindən Rusiyaya tranzitini tələb edib. Gürcüstan Quru Nəqliyyatı Assosiasiyası isə belə bir ssenarinin baş verəcəyi təqdirdə ölkənin qısa müddətdə ümumi yük dövriyyəsinin təxminən 20 faizini itirə biləcəyini iddia edib.
İrakli Kobaxidze bu cür fikirləri əsassız adlandırıb və bunun sadəcə fərziyyələrdən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstan qonşu ölkələr arasında münasibətlərin normallaşmasını və ticarət-iqtisadi əlaqələrin inkişafını alqışlayır.
Baş nazir qeyd edib ki, Gürcüstan tranzit funksiyasının inkişafı üçün yol infrastrukturu, limanlar, hava limanları və digər nəqliyyat obyektlərinə böyük həcmdə investisiyalar yatırır. Bu investisiyalar artan yük dövriyyəsi ilə bağlı müsbət gözləntilərə əsaslanır.
“Belə artım şəraitində alternativ dəhliz Gürcüstanın tranzit funksiyasını zəiflətməyəcək, əksinə, onu tamamlayacaq. Bizim əsas vəzifəmiz artan yük axınına uyğun olaraq infrastrukturumuzu maksimum dərəcədə genişləndirməkdir. Buna görə də səsləndirilən təhdidlər real deyil”, – deyə İrakli Kobaxidze vurğulayıb.
Baş nazir əlavə edib ki, Gürcüstan gələcəkdə də tranzit və bağlantı funksiyasının inkişafı üçün investisiya qoyuluşunu davam etdirəcək.



Xəbərin oxunma sayı : 247




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap