Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı - VİDEO

Tarix 26.01.21, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın 10 noyabr üçtərəfli bəyanata imza atmasının səbəbini açıqlayıb.

AzFakt.com xəbər verir ki, H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində deyib ki, Azərbaycan Ermənistandan qoşunların işğal altındakı ərazilərdən çıxarılması üçün qrafik verilməsini tələb edirdi.

"Azərbaycan hərbi əməliyyatları o şərtlə dayandırmağa hazır idi ki, Ermənistan öz qoşunlarının bütün işğal edilmiş ərazilərdən çıxarılması üçün cədvəl versin. Lakin Ermənistan bundan imtina edirdi, halbuki bu tələb BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapmışdı”, - deyə H.Hacıyev əlavə edib.

Prezidentin köməkçisi qeyd edib ki, hərbi əməliyyatların strateji elementlərindən biri də onun nə zaman bitməsini bilməkdir.

"Müharibəni biz dayandırdıq, çünki strateji hədəflərimizə nail olduq”, - deyə H.Hacıyev əlavə edib.(oxu.az)









Xəbərin oxunma sayı : 1072




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap