|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Kəşfiyyata gələn erməni diversiya qrupu məhv edildi – cəbhə xəttində gərginlik
Tarix 30.12.16, 14:14 |
|
Düşmənin təxribatçıları ordumuzun pusqusuna düşdü; İşğalçı ölkə çoxsaylı itkilər verib geri çəkildi; ermənilər öldürülən 1 zabit, 2 əsgərin adlarını açıqladı; Azərbaycanın bir əsgəri itkin düşüb; rəsmi Bakı işğalçıya dəstək verən KTMT-nin baş katibi Nikolay Bordyujaya etiraz etdi; İrəvan savaşı Qarabağ cəbhəsindən iki dövlətin sərhədinə keçirmək istəyir
Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Rəsmi məlumatda deyilir ki, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Nazirlik bəyan edib ki, hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Ermənistan isə cəbhə xəttində məhv edilmiş erməni hərbçilərdən üçünün adını açıqlayıb. İşğalçı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti baş leytenant Şavarş Melikyan, sıravi əsgərlər Edqar Narayan və Erik Abovyanın məhv edildiyini təsdiqləyib.
Ermənistan ordusunun Azərbaycanla sərhədin qərb istiqamətinə cavabdeh olan 3-cü ordu korpusunun komandiri, polkovnik Ayk Petrosyan jurnalistlərə bildirib ki, atışmaya baxmayaraq Çinari kəndində situasiya sakitdir, əhali arasında panika yaranmayıb. (virtualaz.org)
29 dekabr səhər saat 07.30 radələrində Ermənistan silahlı qüvvələri baş qərargahının rəis müavini, general-leytenant Enriko Hapriamov isə avtomobillə Azərbaycanla sərhəddəki döyüş mövqelərindən birinə gedərkən qəzaya düşüb.
Ermənistan KİV-lərinin məlumatına görə, general və sürücüsü yaralanıb, onlar hərbi hospitala aparılıb. Lakin həyatları üçün təhlükə yoxdur. Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan məlumatı təsdiqləyib. Məlumata görə, Hapriamov Ermənistan parlamentinin spikeri Qalust Saakyanla birlikdə hərbçilərlə görüşmək üçün döyüş mövqelərinə gedirmiş.
Elə həmin gün Azərbaycanın işğal olunmuş Ağdam rayonunun təmas xəttində yerləşən Əhmədağalı kəndi Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb. “Report” xəbər verir ki, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Mətləb Əliyevə məxsus ikimərtəbəli evə düşüb. Nəticədə yanğın baş verib və 8 otaqlı 338 kv.m-lik evin 318 kv.m-i əşyaları ilə birlikdə tamamilə yanıb. Kənd sakinlərinin sözlərinə görə, qarşı tərəf əsasən yandırıcı güllələrdən və mərmilərdən istifadə edib. Atılan güllələrdən biri evin dam örtüyünə düşüb. Yanğın zamanı ev sahibləri mənzildə olublar. Xəsarət alan olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunublar. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.
***
Qeyd edək ki, “Yeni Müsavat” qəzeti bir neçə gün əvvəlki sayında cəbhə xəttində “tufanqabağı sakitliyin” hökm sürdüyünü yazmışdı. Xüsusilə də erməni prezident Serj Sərksiyanın Qarabağa səfərindən sonra geri dönərək müharibə hazırlıqları ilə bağlı xəbərdarlıq etməsi, həmçinin düşmən ölkənin birmənalı şəkildə danışıqlardan yayınması hər an şiddətli döyüşlərin başlaya biləcəyi ehtimalını yaradırdı. Üstəlik, Ermənistanın yeni müdafiə naziri Vigen Sərkisyan apreldə itirilmiş mövqelərin əvəzini çıxmaqdan və özünü təsdiqləməkdən ötrü fürsət gəzir.
Bu mənada düşmənin Ermənistan-Azərbaycan dövlət sərhədində təxribatlar törətməsi təsadüfi deyil. İstisna deyil ki, işğalçı ölkə apreldəki kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyindən məhrum olmamaq üçün təxribat-diversiya planını bu dəfə Qarabağ cəbhəsindən deyil, iki ölkə sərhədindən həyata keçirib. Ola bilsin bununla Ermənistan həm də KTMT-dəki sonuncu iflasının qarşılığında qurum üzvlərinin dəstəyini qazanmaq istəyir. Xatırladaq ki, qurumun bugünlərdə Sankt-Peterburqda keçirilən toplantısında KTMT-nin baş katibliyinin Ermənistana verilməsi növbəti dəfə təxirə düşdü və aprel ayına saxlanıldı.
Görünür, İrəvan aprel ayındakı toqquşmalar zamanı təmkinli davranan KTMT-nin Azərbaycana qarşı səfərbər olunması üçün təxribatları işə salıb. Bununla işğalçı ölkə çox güman ki, “KTMT üzvü olan ölkəyə qarşı təhlükənin olduğu” görüntüsünü yaratmaq istəyir. Erməni tərəf təxribatın ardınca yanlış informasiyalar yaymaqda davam edib. Hətta Ermənistanın news.am saytı insidentlə bağlı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinova zəng vurub.
Virtualaz.org-un xəbərinə görə, Zaynetdinov sualı eşidəndən sonra əvvəlcə deyib ki, bu sualı Ermənistan hakimiyyətinə ünvanlamaq lazımdır. Daha sonra o, xəstəliyə görə məzuniyyətə çıxdığını və insident barədə KTMT-nin məlumata malik olub-olmadığını yaxın saatlarda dəqiqləşdirə bilməyəcəyini bildirib. Bəs erməni jurnalist hara müraciət etsin, dərdini kimə desin? Zaynetdinov deyib ki, əlinin altında sorğu-məlumat kitabçası yoxdur və bir saat sonra zəng vurmaq lazımdır. Bir saat sonra isə KTMT-də dəstəyi qaldıran olmayıb...
***
29 dekabr səhər saatlarında Ermənistan təbliğatı davamlı olaraq Azərbaycanı günahlandıran bəyanatlar, məlumatlar yaydılar, hətta KTMT-ni şantaj mövqeyindən çıxış edib məsələyə münasibət bildirilməsini istədilər. Ən nəhayət, düşmən istəyinə çatdı. Belə ki, KTMT-nin baş katibliyindən verilən reaksiya Ermənistanın həyata keçirdiyi təxribat planının arxasında başqa qüvvələrin də dayandığını deməyə imkan verir.
“Ermənistanın Çinari kəndi yaxınlığındakı məlumatları xüsusi narahatlıqla qəbul edir”. KTMT-nin baş katibi Nikolay Bordyuja bunu Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmaya münasibət bildirərkən deyib. Vəziyyətlə bağlı narahatlığını ifadə edən N.Bordyuja növbəti dəfə Ermənistanın yanında olduğunu nümayiş etdirərək “KTMT üzvü olan ölkənin ərazisində” törədilən bu hərəkətləri “təxribat” adlandırıb. Azərbaycan Müdafiə Nazirliyinin hadisənin gerçək səbəbləri ilə bağlı rəsmi açıqlamasını nəzərə almayan baş katib hətta aprel döyüşlərini xatırladarkən “Dağlıq Qarabağ Respublikası” ifadəsindən də istifadə edib.
Rəsmi Bakı KTMT rəsmisinin açıqlamasına reaksiya verib.
“Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Ermənistan-Azərbaycan sərhədindəki məsələ ilə əlaqədar şərhini birtərəfli hesab edirik”.
Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan- Ermənistan sərhədində baş verən hadisə ilə bağlı KTMT-nin baş katibi Nikolay Bordyujanın açıqlamasına dair bəyanatında belə deyilir.
Bildirilir ki, KTMT-nin baş katibinin təşkilatın üzv dövlətlərinin rəsmi mövqeyinə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin mahiyyətinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi qəbuledilməzdir: “KTMT-nin baş katibi hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə vəziyyəti düzgün təhlil etməli və qiymətləndirməlidir. Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterburq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir. Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həll edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə səylərini və substantiv danışıqları davam etdirəcək”.
Millət vəkili Qənirə Paşayeva da baş verənlərə münasibət bildirib: “Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisə birbaşa Ermənistanın və işğalçı ölkənin silahlı qüvvələrinin təxribatıdır. Tovuzla, aidiyyəti qurumlarla tez-tez danışırıq. Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını layiqli şəkildə alıb, sərhədlərimizi, mülkü vətəndaşlarımızı qoruyublar”.
Q.Paşayeva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın baş verənləri “təxribat” adlandırmasına da toxunub: “Amma bu təxribatı törədən ölkənin Ermənistan olduğunu deməyib. Hər zaman olduğu kimi...”
***
Ermənistan Müdafiə Nazirliyi isə ötən gün ərzində döyüşlərin davam etdiyi barədə davamlı xəbərlər yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyanın özünün facebook səhifəsində yazdığına görə, “döyüş hələ də davam edir, tərəflər snayper silahlarından və qumbaraatanlardan istifadə edir”. Üstəlik, düşmən Azərbaycanın guya 7 itki verdiyi, həlak olanların meyitlərinin guya Ermənistan tərəfdə qaldığı barədə iddialarla çıxış edib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə “Yeni Müsavat”a bildirdi ki, bu məlumatların heç bir əsası yoxdur: “Azərbaycan Ordusunun guya 7 əsgər itirməsi ilə bağlı Ermənistan KİV-lərində yayılmış məlumatlar tam yalandır. Biz bir hərbçimizin itkin düşməsi barədə məlumat yaymışıq, bu faktı təsdiqləyirik. Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur”.
“Ermənilər Azərbaycan Ordusunun qarşısını ala bilməyəcək”.
Bunu azvision.az-a sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə təxribat törətməsinə münasibət bildirərkən deyib. Y.Aydəmirov qeyd edib ki, Azərbaycan Ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır: “Ermənilərin tək bir yolu qalıb. Düşmən ya haradasa təxribat törətməyə cəhd edir, ya da hansısa yaşayış məntəqəsini atəşə tutur. Buna da nail ola bilmirlər. Azərbaycan Ordusu düşmənə daha ağır zərbələr vuracaq. Ordumuz hər zaman erməni təxribatının qarşısını alır və alacaq. İstisna deyil ki, hər an müharibə başlaya bilər. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunun üçün kifayət qədər hərbi texnikamız, şəxsi heyət, maddi vəsaitimiz var”.
“Dekabrın 29-dakı təxribat rəsmi İrəvanın əvvəlcədən hazırladığı plandır”.
Bu fikirlər isə müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədova məxsusdur. Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sankt-Peterburqda keçirilən son sessiyasında Ermənistan nümayəndə heyətinin təşkilatın üzvlərinin diqqətinin Dağlıq Qarabağ münaqişəsinə yönəldilməsi və qurumun baş katibi vəzifəsinə erməni təmsilçisinin seçilməsi cəhdlərinin boşa çıxmasından sonra KTMT-yə üzv ölkələrin diqqətini konfliktə cəlb etmək məqsədilə rəsmi İrəvan son təxribatı törədib. General Bordyujanın iddiasına da cavab verib: “Dövlət sərhədində baş vermiş insidentdən qısa müddət sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın hadisəni Azərbaycanın təxribatı kimi qiymətləndirməsi təəssüf hissi doğurur. Belə ki, təxribatın və tələsik müsahibənin verilməsi vaxtlarının təqribən üst-üstə düşməsi provokasiyanın Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını qeyd etməyə əsas verir. Ermənistan tərəfi planlı şəkildə və vaxtaşırı Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə təxribatların törədilməsi barədə dezinformasiya xarakterli məlumatları yaymaqla münaqişənin miqyasını süni şəkildə genişləndirmək və təmsil olunduğu hərbi-siyasi təşkilatın digər üzvlərini də bu münaqişəyə cəlb etmək məqsədini güdür”.
Azərbaycan tərəfi itkin düşmüş Azərbaycan hərbçisi, əsgər Qurbanov Çingiz Salman oğlu ilə bağlı beynəlxalq təşkilatlarla birgə araşdırma aparır. Bu barədə APA-ya Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasından bildirilib.
Qəzetimiz çapa hazırlanan vaxt Müdafiə Nazirliyi ilə təkrar əlaqə saxladıqda bildirdilər ki, cəbhəboyu nisbi sabitlik hökm sürür...
Xəbərin oxunma sayı : 1504
Gündəm
Xəbərlər
-
Çinarə türk futbolçu sevgilisindən ayrıldı - VİDEO
-
“Mbappenin qarşısını kimsə təkbaşına kəsə bilməz“ - Mats Hummels
-
“ABŞ, fikir ayrılıqlarına baxmayaraq, İsraili dəstəkləməyə hazırdır“ - Bayden
-
Zaqatalada dönərdən zəhərlənənlərin sayı kəskin artdı - 30-a çatıb
-
“My Music” hoteldə nə baş verib? - TƏFƏRRÜATLAR/VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
İcra başçısı yenidən deputat olacaq - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?
-
Növbəti dalğa gəlir: İyul-avqust aylarında ətin qiyməti artacaq
-
Binəqədinin keçilməz yolları: “Gərək qayıq alaq” - VİDEO
-
“Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər” - Zaxarova
-
Zaqatalada kütləvi zəhərlənmə - Araşdırmalar başladı
-
Ukraynadan gətirilən ət məhsullarında infeksiya törədiciləri aşkarlandı - AQTA
-
Güney Azərbaycanda şəhər başçısı həbs edilib - FOTO
-
Vəzifəsindən azad edilən Novruz Məmmədov : “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
-
20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?
-
Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi
-
Rusiya Krım körpüsündən istifadəni dayandırıb: Cəbhə xəttini hansı yolla təchiz edir?
-
Nərimanov rayonunda ağacları belə məhv edirlər – FOTOFAKT
-
Bakıda sevgilisindən “yox“ cavabı alan oğlan bıçağa əl atdı - TƏFƏRRÜAT
-
Emin Əmrullayevin qardaşına sərt ittiham var: “Dedi, al bu 100 mini, get və...“ (VİDEO)
-
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanılıblar - VİDEO
-
Yağış sakinləri evləri ilə birlikdə su altında qoydu - VİDEO
-
Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
-
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTOLAR
-
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
-
“Rusiya NATO-ya qarşı əməliyyata hazırdır“ - Polşa əks-kəşfiyyatı
-
İşə qəbul zamanı yaş vacibdir, yoxsa təcrübə? - VİDEO
-
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTO/VİDEO
-
Sumqayıt məktəbində 250 min manatlıq mənimsəmə – Cinayət işi açıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Bir neçə yaxın dostum spirtdən düzələn arağa görə həyatını itirib” - Deputat
-
Sabiq deputat Mehdiyevə yazdığı gizli məktubdan danışdı - “Off, dəhşət...“ + FOTO
-
Hoteldə ölən dostlarla bağlı yeni detallar - Hadisə bu hoteldə baş verib + FOTOLAR
-
“Moskva Qərb ölkələri ilə dialoqdan imtina etmir” - Putin
-
Taksidən istifadə edənlərin sayı artır, yoxsa azalır? – Son 7 ilin məlumatları
-
“Bu gün gəlirlərimiz 35 milyard manat civarındadır” - Deputat
-
İlham Əliyevin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirilib - FOTO
-
Zelenskiyə qarşı sui-qəsd: Rusiya agentləri ifşa olundular - FOTO
-
“Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir” - Robert Fitso
-
Bakıda oteldə vəzifəli şəxslər zəhərləndi, 2 nəfər vəfat etdi - AÇIQLAMA/FOTO
-
"Makronun demaqogiyası boş və ikiüzlüdür"- Rusiya rəsmisi
-
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
-
“Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir” - İlham Əliyev
-
Bakıda vətəndaşların ölümlə üz-üzə qaldığı yol - VİDEO
-
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTOLAR
-
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - FOTO
-
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - VİDEO
-
Rektor özünə daha bir xidməti maşın alır - 110 min manata
-
“Xərclərin rəsmiləşdirilməsi prosesi düzgün aparılmır...“ - Vüqar Gülməmmədov
-
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalanıb - FOTO
-
Prezident İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü olub - FOTO
-
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
-
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
-
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
-
Qızıla yatırım etmək riskli hesab edilir - VİDEO
-
Milli Məclisin iclası başladı: 18 məsələyə baxılacaq
-
İsrail tankları Rəfaha daxil olub – KİV
-
Tərtərdə məktəblilər arasında dava: Ölən var
-
“Qazaxıstan ilk növbədə milli maraqların qorunmasına üstünlük verir” - Tokayev
-
Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO
-
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Sürücüləri narazıdırlar + VİDEO
-
Marsda həyat mövcud olub? - Alimlərdən yeni araşdırma
-
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO
-
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
-
Türkiyədə altıncı nəsil qırıcı təyyarə üzərində işlərə başlanılıb - FOTO
-
Azərbaycanlı iş adamının “Qalatasaray”dakı işinə xitam veriləcək? - AÇIQLAMA
-
Münasib qiymətə ev tapmaq niyə çətinləşib? - VİDEO
-
Rihanna yenə dəyişdi - FOTOLAR
-
Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
”Çin Ukraynaya dair sülh konfransını dəstəkləyəcək” - Si Cinpin
-
“İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik” - Ərdoğan
-
“Fransa Rusiya ilə müharibə aparmır” - Makron
-
Bakıda 17 min manata pişik satılır - VİDEO
-
Türkiyə ordusu Şimali İraqda 16 kürd yaraqlısını məhv etdi - VİDEO
-
Azərbaycanda məşhur hoteldə külli miqdarda yeyinti - FOTO
-
Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib, insult keçirib - Məhkəmə + FOTOLAR
-
Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO
-
Qazaxıstan öz diplomatını BƏƏ-dən geri çağırdı - FOTO
-
Təsərrüfatlarına ziyan dəymiş fermerlərin NƏZƏRİNƏ
-
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
-
NATO generalından mühüm açıqlama: “Ukrayna Krımı geri ala bilməsə…”
-
Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır – Statistika
-
Sabiq deputatın Ramiz Mehdiyevə gizli məktubu yayıldı - Sensasiyalı adlar + TAM MƏTN
-
“Alt paltarı belə geyinməyib, səhər verilişinə çıxırlar” - Elza kimə replika atır?
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
-
“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi
-
Bakıda külək güclənəcək, yağış intensivləşəcək – Xəbərdarlıq
-
Putin Paşinyanla görüşəcək - Bu tarixdə
-
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
-
“Rauf Quliyev külli miqdarda pulumuzu ələ keçirib” – İDDİA
-
Belarus XİN rəhbərindən bəyanat: “Ukrayna ilə bağlı danışıqlara hazırıq”
-
“Seçkilər COP-29-a görə erkən keçiriləcək” – Sabir Rüstəmxanlı
-
Azərbaycanda bu dərmanların hamısı satışdan yığışdırılıb - SƏBƏB
-
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
-
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
-
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
-
ABŞ səfiri paylaşım etdi: “Şuşada olduğum üçün xoşbəxtəm” - VİDEO
-
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü
-
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
-
Həbsdən çıxanlar dövlətdən 1380 manat ala bilər – Müavinət kimlərə verilir?
-
Nazirdən elektron reseptlə bağlı əhaliyə çağırış - VİDEO
-
Bu şadlıq evi 2 milyona satıldı: Sökülür - FOTO
-
Dövlət Gömrük Komitəsinin sədrinə müşavir təyin edilib - FOTO
-
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
-
Rusiya XİN-dən ABŞ-yə nüvə hədəsi: “Dəfələrlə xəbərdarlıq edilib”
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA/VİDEO
-
ABŞ səfiri xanımı ilə Şuşada - Fotolar
-
Noyemberyan mövqeyində bayrağımız dalğalanır - Bu ərazilər nəzarətimizə keçdi
-
Prezident təsdiqlədi - Daha bir ölkəyə vizasız gedə biləcəyik
-
İsrail ordusu Rəfahdan sakinləri təxliyə edir: Hücum başlayacaq?
-
Maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
-
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
-
Rusiyanın ən varlı 26 milyarderi son bir gündə 5 milyard dollar qazanıb – “Bloomberg”
-
Avropada işləməyin asan olduğu ölkələr - TOP 10
-
“17 yaşlı qız ilə 37 yaşlı kişi könüllü razılaşma yolu ilə nişanlanıb” – DİN
-
Ukrayna Belqoroda dronla zərbə endirib:6 ölü,35 yaralı var
TOP 10
ARXİV