Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Keçmiş prezident belə saxlanıldı - VİDEO

Tarix 25.05.22, 9:23

Font ölçüsü : - / +
bitmap-img6


Hüquq-mühafizə orqanlarının əməkdaşları Moldovanın beşinci prezidenti İqor Dodonu istintaq təcridxanasına qədər müşayiət ediblər. O, dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb.

Bu barədə Point.md məlumat yayıb.

Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən siyasətçinin evinə ağ mikroavtobus sürülüb. Bu zaman siyasətçinin evinin yaxınlığında aksiya keçirilib və insanlar “Həbsxana!” şüarları səsləndiriblər.

Dodon sakitcə maşına minib və heç bir açıqlama verməyib. Onun 72 saat saxlandığı bildirilir. Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun nümayəndəsinin sözlərinə görə, bu iş üzrə daha iki nəfər saxlanılıb.

Mayın 24-də korrupsiyaya qarşı mübarizə prokurorları Milli Antikorrupsiya Mərkəzinin və İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə rusiyalı həmkarı Vladimir Putinə sədaqəti ilə seçilən Moldovanın beşinci prezidenti İqor Dodonun evində axtarış aparıblar. Bundan başqa,ona məxsus daşınmaz əmlaklarda da istintaq hərəkətləri həyata keçirilib.

Axtarışlar passiv korrupsiya, qanunsuz varlanma, dövlətə xəyanət və cinayətkar təşkilat tərəfindən Sosialist Partiyasını maliyyələşdirmə işi çərçivəsində aparılıb./Publika.az

<iframe width="836" height="469" src="https://www.youtube.com/embed/Osji-num8zM" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>




Xəbərin oxunma sayı : 1003




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap