Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Kolumbiyada qalmaqal: Prezident maliyyə nazirini istefaya göndərdi

Tarix 05.12.24, 15:18

Font ölçüsü : - / +
bitmap-img6


Kolumbiya Prezidenti Qustavo Petro maliyyə və dövlət krediti naziri Rikardo Bonilyudan qalmaqalla əlaqədar istefa verməsini xahiş edib.

Bu barədə dövlət başçısı özünün "X" hesabında məlumat verib.

"Mən onun istefasını günahkar olduğunu düşündüyüm üçün gözləmirəm. Ona görə gözləyirəm ki, hökumət proqramına sadiq qaldığı üçün onu parçalamaq istəyirlər və Konstitusiyaya zidd olaraq hökumətimizi devirmək niyyətindədirlər", - deyə Kolumbiya prezidenti bildirib.

Məlumata görə, Petronun xahişindən sonra Maliyyə Nazirliyinin rəhbəri ərizə imzalayıb.

Dövlət başçısı, həmçinin qeyd edib ki, Kolumbiyanın hər bir maliyyə naziri gec-tez "Konqres tərəfindən şantaj və qəsb"in qurbanına çevrilir.

"Bonilyunun səhvi akademik sadəlövhlükdədir, o düşünürdü ki, hər kəs eyni yüksək intellektual səviyyədədir. Ona görə də nazirlikdə çalışan Uribe tərəfdarlarına (Kolumbiyanın keçmiş prezidenti Alvaro) etibar etməmək göstərişimə tabe olmadı", - deyə Qustavo Petro vurğulayıb.

Petro artıq Maliyyə Nazirliyinin yeni rəhbərinin təyin olunduğunu elan edib ki, bu, Bonilyunun hazırkı müavini Dieqo Gevaradır.



Xəbərin oxunma sayı : 622




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap