“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Konstruktiv əməkdaşlıq platforması

Tarix 29.11.21, 16:17

Font ölçüsü : - / +
bitmap-img6


Hər bir dövlət belə müttəfiqlərinin sıralarının genişlənməsində və onların dəstəyini almaqda maraqlıdır. Bu mənada müxtəlif regional və beynəlxalq təşkilatlarda təmsil olunan Azərbaycanın həmin qurumlarda haqq işinə verilən dəstək rəsmi Bakının xarici siyasətinin məntiqi nəticəsidir. 

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır (İƏT). Hökumətlərarası təşkilat kimi, 1985- ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin -
Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən həmin gün qurumun təqvimində “İƏT günü” kimi qeyd olunur. İƏT-in Aşqabadda keçirilən Zirvə Görüşündə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına cavab verən müddəalar öz əksini tapması məhz belə yanaşmanı
sərgiləyir. Sənəddə ilk diqqət çəkən məqam xalqımızın və siyasi rəhbərliyimizin işğal altındakı
ərazilərin azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması münasibətilə təbriki faktıdır.
Digər vacib məqam üzv ölkələrin azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması
layihələrinə sərmayələrin qoyulmasına çağırılmasıdır. Təşkilat çərçivəsində qəbul olunan
hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış
dəhliz” ifadəsinin işlədilməsi Zəngəzur dəhlizi reallığının İƏT coğrafiyasında dəstəkləndiyindən
xəbər verir. Bu isə Azərbaycan, Türkiyə və Rusiyanın təklif etdiyi “3+3” əməkdaşlıq formatına
digər İƏT ölkələrinin də qoşula biləcəyi ehtimalını xeyli gücləndirir.
Təsadüfi deyil ki, Soçi görüşündəki uğutdan sonra İƏT-in Aşqabad sammitində
Azərbaycan Prezidenti reallığa çevrilmiş Zəngəzur dəhlizinin yeni nəqliyyat infrastrukturu kimi
Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyini, İƏT-ə üzv ölkələrin də
bu dəhlizdən böyük fayda götürəcəyini bəyan etdi. Çünki son zamanlar faktiki olaraq
Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilən Azərbaycanın
Zəngəzur dəhlizini gərçəkləşdirməsi bölgənin nəqliyyat sektorunun inkişafında daha sərfəli
imkanlar üçün yaşıl işıq yandıracaq.
Varis Mehdiyev,



Xəbərin oxunma sayı : 310




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap