Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Lüt qızların videosunu yayan məşhur efirə çıxdı - VİDEO

Tarix 30.09.19, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Ramal İsrafilovun üç qızın lüt videosunu yaymaqda təqsirli bilinən qardaşı Valeh İsrafilov uzun müddətdən sonra ilk dəfə efirə çıxıb.

AzFakt.com xəbər verir ki, o, qardaşları və atası ilə birlikdə "Zaurla Günaydın" proqramına qonaq olub. Veriliş zamanı qardaşı uşaqları ilə küsülü olan Xalq artisti Mələkxanım Əyyubova da zəng edib. Xanəndə və ifaçılar canlı yayımda barışıblar.

Əyyubova qardaşı uşaqlarının bir səhv etdiyini söyləyib:

"Bizim nəslimiz gözəl olub hər zaman. Uşaqlar gəncdir, mən də onlara nəzarəti əsirgəməmişəm. Onlar el içindədir, hər şeyə məsuliyyətli yanaşmalıyıq. Hər ailədə söz-söhbət olur. Allah şeytana lənət eləsin, pis insanların şərindən qorusun. Çox səbirsiz oldum, heç nəyi aydınlaşdırmadım. Səs-küyə getdim, heç nəyi dəqiqləşdirmədim. Onlar mənim balalarımdır. Qınaq etməyə nə var ki... Hər kəs dönüb özünə də baxsın.

Bu gün Zaur hər şeyə son qoydu. Onlar bir daha belə səhvlər etməyəcəklər. Məsuliyyətli olmaq lazımdır. Onlar mənim qardaşımın balalarıdır. Amma müğənnidirlər, xalqın adından çıxıb oxuyurlar. Ona görə də diqqətli olmalıdırlar".

Qeyd edək ki, martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb. Üç qızın lüt rəqs edərkən çəkilən videosunu yayanlar arasında Valeh İsrafilov da yer alıb.(axsam.az)





 



Xəbərin oxunma sayı : 1855




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap