Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO Röya da aktrisalıq edəcək - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 İyun 2022

    Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO

  • / Maqazin / — 25 İyun 2022

    Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO

  • / Maqazin / — 18 İyun 2022

    Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 13 İyun 2022

    Röya da aktrisalıq edəcək - VİDEO

  • / Maqazin / — 12 İyun 2022

    Səmarının Dubay tətili - FOTOLAR

  • / Maqazin / — 04 İyun 2022

    Aygün Kazımova dərin sinə dekoltəsi ilə diqqət çəkdi - VİDEO

Litva hər zaman Azərbacanın ərazi bütövlüyünü dəstəkləyən dost ölkədir

Tarix 21.05.22, 15:01

Font ölçüsü : - / +
bitmap-img6


1991-ci il, SSRİ-nin dağılması və postsovet ölkələrinin müstəqillik əldə etməsi ilə həmin ölkələr müstəqil xarici siyasət yeritmək və  ikitərəfli əlaqələri inkişaf etdirməyi əsas prioritetlərdən biri kimi qəbul etmişdilər. 

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuş və Azərbaycan-Litva ikitərəfli münasibətlərinin qurulmasında maraqlı olmuşdur. 1991-ci il 20 dekabrda müstəqilliyimizi tanıyan Litva Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ilin dekabr ayında qurulmuş və 2007-ci ilin
aprelin 3-də Litvanın Azərbaycanda, sentyabrın 6-da isə Azərbaycanın Litvada səfirliyi açılmışdır.

Hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər. Belə ki, Litva keçmiş Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu dəfələrlə bildirmişdir. Azərbaycan da Litva ilə iqtisadi
əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna və müxtəlif iqtisadi və humanitar sahədə birgə layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.
Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar  çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. Həmçinin Azərbaycan  Avropa  İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.

Bu əlaqələrin inkişafında da təbii ki, ölkə başçılarının rəsmi və işgüzar səfərləri və bu səfərlər çərçivəsində müəyyən olunan hüquq-müqavilə bazası mühüm rola malikdir. Litva Prezidenti Gitanas Nauseda  mayın 18-də Azərbaycana səfər etməsi, o cümlədən dövlət başçısı İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunda iştirak etməsi Azərbaycan Litva əlaqlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Forumun əsas məqsəd Azərbaycan və Litva arasında ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi, potensial tərəfdaşların axtarışı, Azərbaycan şirkətləri ilə yeni işgüzar əlaqələrin
qurulmasıdır. Forumun əsas mövzuları qida sənayesi, enerji və bərpa olunan enerji mənbələri,dairəvi iqtisadiyyat, informasiya texnologiyaları, logistika, nəqliyyat və s. olub. Azərbaycan-Litva münasibətlərinin indiki vəziyyəti, iqtisadi, enerji, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə münasibətlər nəzərdən keçirilmiş, bir çox  sahələrdə əməkdaşlığ üçün sənədlər imzalanmışdır. Beləliklə, bu görüşlər vahid mövqedən çıxış edən Litva və Azərbaycan Respublikaları arasında inkişafa impuls yaradır və qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol
oynayır.

Aynur Həsənli



Xəbərin oxunma sayı : 439

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap