“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Liviyada həbsdə olan azərbaycanlılar sərbəst buraxılıb – XİN-dən açıqlama

Tarix 21.01.21, 12:42

Font ölçüsü : - / +
bitmap-img6


Liviya Dövlətində həbsdə olan vətəndaşlarımız Elmixan Bağırov və Əliağa Babayev Vətənə geri qayıdıblar.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 2016-cı ilin mart ayında Türkiyə Respublikasında qeydiyyatda olan şirkətə məxsus olan və Syerra-Leone bayrağı altında üzən gəmi Liviya-Malta-Türkiyə istiqamətində hərəkət edən zaman Liviya Dövlətinin sahil qüvvələri tərəfindən saxlanılıb və 3-ü Azərbaycan Respublikası vətəndaşı olmaqla 12 nəfərdən ibarət gəmi heyəti neft məhsullarının qaçaqmalçılığına görə 5 il müddətinə həbs olunublar. Əfsuslar olsun ki, gəmini matrosu Elşad Hüseynov Liviyada dünyasını dəyişib:

“Həbsdə olan vətəndaşlarımız – gəmi kapitanı Elmixan Bağırov və matros Əliağa Babayevin ölkəyə geri qaytarılması ilə bağlı Azərbaycan Respublikası hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Liviya Baş Prokurorluğunun 29 dekabr 2020-ci il tarixli qərarı ilə sözügedən şəxslər həbsdən azad edilib və müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər.

Vətəndaşlarımızın təcili təxliyəsi üçün Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğu tərəfindən görülmüş zəruri tədbirlərin nəticəsində, Elmixan Bağırov və Əliağa Babayevin 2021-ci ilin 21 yanvar tarixində Tripoli-İstanbul-Bakı reysi ilə vətənə geri qayıtması mümkün olub. Təxliyə prosesi Türkiyə Respublikası və Liviya Dövlətinin yardımı, Ukraynanın əlaqələndirici fəaliyyəti və gəmi şirkətinin dəstəyi nəticəsində həyata keçirilib”.



Xəbərin oxunma sayı : 325




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap