Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“Bunun sonu pis ola bilər” - Zaxarova İrəvanı hədələdi

Tarix 20.09.24, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan Rusiya ilə siyasi dialoqu və qurumlararası əməkdaşlığı azaltmağa başlayıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib: “Sanki Ermənistanda müəyyən siyasi qüvvələr tərəfindən qəsdən dezinformasiyalar yayılır ki, guya KTMT Ermənistanı müdafiə etməyib və s. Bütün bunlar həqiqətə uyğun deyil, çünki biz dəfələrlə KTMT və Rusiyanın səyləri barədə ətraflı danışmışıq, Ermənistan hakimiyyətinin qəbul etdiyi qərarlarla bağlı öz qiymətləndirmələrimizi bölüşmüşük. Biz hesab edirik ki, İrəvandan vaxtaşırı eşidilən iddialar absurddur və həqiqətə uyğun gəlmir”

O, qeyd edib ki, Ermənistan bu bəhanələrlə Rusiya ilə siyasi dialoqu azaltmağa başlayıb: “Onlar davamlı olaraq KTMT-də iştirakın dondurulmasından danışırlar və bunun əksinə olaraq Qərbə daha da yaxınlaşmağa başlayıblar. Burada müəyyən manipulyasiya var. İqtisadi göstəricilər bir şeydən xəbər verir: insanların, şirkətlərin və bizneslərin (Rusiya ilə) yaxınlaşmaqda, əlaqələri gücləndirməkdə marağı var, amma siyasi üstqurum nədənsə əksinə hərəkət edir. Bunun sonu pis ola bilər”.




Xəbərin oxunma sayı : 169




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap